11-07-2016 [15:43]
Fəaliyyətinə xitam verilmiş MTN-nin rəhbərliyində formalaşmış mütəşəkkil cinayətkar qruplaşmanın üzvlərinin quldurluq, talançılıq, şantaj və reket yoluyla böyük sərvət cəmlədikləri çoxdan təsbit olunmuş həqiqətdir.
Hazırda həmin qruplaşmanın bir çox üzvləri, o cümlədən generallardan bir neçəsi həbsdədir və məhkəməyə çıxarılacaqları günü gözləyir. Keçmiş nazir Eldar Mahmudov da daxil olmaqla bir çoxları isə azadlıqdadır, yaxud faktiki ev dustağı kimi saxlanılmaqla cinayət məsuliyyətinə cəlb olunmayıblar.
Bəs Mahmudov və qruplaşmasının üzvlərinin taladıqları sərvətin axırı necə olacaq?
Vəzifələrindən istifadə edərək əllərində böyük kapital cəmləmiş qanqsterlərin çoxsaylı mülkləri, kommersiya təyinatlı daşınmaz əmlakları, biznes obyektləri və s. üzərində mülkiyyət hüququnu onların əlindən almağın hansı yolları var?
Hazırda Bakının Patamdar qəsəbəsində Eldar Mahmudovun, Akif Çovdarovun və digərlərinə məxsus nəhəng malikanələrin qapısı qıfıllıdır. Eləcə də paqonlu qanqsterlərin Bakının digər yerlərində və rayonlarda yerləşən mülkləri boş qalıb. Hüquqi baxımdan Çovdarovun və çoxsaylı ağır cinayət ittihamları ilə hazırda həbsdə olan digər MTN mənsublarının əmlakı ancaq məhkəmə qərarı ilə müsadirə oluna bilər. Bir şərtlə ki, məhkəmə onların barəsində çıxardığı qərarlarda "əmlakı müsadirə olunmaqla” qeydini göstərsin.
Lakin belə qərar da hələ qanqsterlərin əmlakını müsadirə etmək üçün bəs etməyə bilər. Çünki onlar (digər yüksək vəzifəli məmurlar kimi) əmlaklarını, mülklərini çoxdan başqa yaxınlarının , yaxud offşor şirkətlərin adlarına qeydiyyatdan keçiriblər. Beləliklə, məhkəmə "əmlakı müsadirə olunmaqla” qeydi ilə onların barəsində uzunmüddətli həbs qərarları versə belə MTN qanqsterləri yenə də öz mülklərini, obyektlərini müsadirə olunmaqdan qoruya bilərlər.
Digər tərəfdən onların iri həcmdə kapital üzərində nəzarətini saxlaması da risklidir. Deməli, MTN qanqsterlərinin talançılıq yoluyla topladığı sərvəti onların əlindən almaq üçün başqa mexanizmlər işə düşə bilər. Yaxın keçmişin təcrübəsindən keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin və digərlərinin aktivlərinin əllərindən necə alındığı məlumdur. (Hərçənd ki, hamısını deyil) Belə görünür ki, bu dəfə də MTN qanqsterlərinə münasibətdə vurulmuş korrupsioner məmurların tam neytrallaşdırılmasının məlum mexanizmi işə salınacaq, yaxud artıq salınıb.
Bakının daşınmaz əmlak alqı-satqısı biznesindəki mənbələr deyirlər ki, yüksək rütbəli MTN mənsublarına məxsus bəzi mülklərin satışının təşkil edilməsi üçün onlara şifahi təkliflər daxil olub. Lakin məlum səbəblərdən bu mülklərin satışını təşkil etmək və həyata keçirmək mümkün deyil. İstintaq orqanları həmin mülklərin üzərində de-fakto həbs qoyub. Bəzilərinin isə qapılarını möhürləyib.
Şirkətlərə və iqtisadiyyatın subyektləri kimi fəaliyyət göstərən müəssisələrə gəldikdə isə onların bir çoxu fəaliyyətini dayandırıb. Məsələn, Eldar Mahmudovun oğlu Anar Mahmudov «Caspian Crystal» şirkətlər qrupunu idarə edirdi. Bu qrupa elit alkoqoldan tutmuş superkarların satışına, brend restoranlar şəbəkəsinə qədər bir çox sahələrdə fəaliyyət göstərən şirkətlər daxil idi. Öz fəaliyyətinə restoran biznesi ilə başlayan «Caspian Crystal» - «Beluga», «Salvador Dali», «Lord», «VIP», «Velluto» və «Crystal Shikhovo» kimi dəbdəbəli restoranlar şəbəkəsi yaradıb.
Azərbaycanda «Range Rover», «Jaguar», «Maserati» avtomobillərinin və «Dicati» motosikletlərinin rəsmi distribütoru olan «Crystal Motors» şirkəti də «Caspian Crystal» holdinqə bağlıdır. Şirkətin aktivləri sırasında Bakının mərkəzindəki "Cyristal Plaza” biznes mərkəzi də var. Mətbuat yazmışdı ki, həmin biznes mərkəzində Eldar Mahmudovun özünün ayrıca kabineti də olub və nazir bir sıra mühüm görüşlərini həmin kabinetdə keçirirmiş.
Hazırda "Cyristal Plaza” biznes mərkəzi bağlıdır, Anar Mahmudov isə deyilənlərə görə xaricdədir, Londondadır. Onun holdinqi faktiki olaraq fəaliyyətini dayandırmış vəziyyətdədir. Aydındır ki, Eldar Mahmudovun oğlunun adına olan biznes imperiyası fəaliyyətini davam etdirə bilməz. Lakin həmin aktivlərin başqa əllərə keçməsi prosesinin başlayıb-başlamadığı məlum deyil. Bununla belə bu günlərdə mətbuatda xəbərlər yayıldı ki, E.Mahmudov özünə vəkil tutub.
Dərhal belə versiya irəli sürüldü ki, bu, keçmiş nazirin həbsinə hazırlıq getməsinin, yaxud onun artıq istintaqa cəlb edilməsinin əlamətidir. Virtualaz.org müəyyənləşdirib ki, E.Mahmudov doğrudan da vasitəçilərin köməyi ilə bəzi vəkillərlə məsləhətləşmələr aparır, onların hüquqi yardımından istifadə imkanlarını araşdırır. Lakin ola bilsin bu, həm də Mahmudovun öz mülklərini və sərvətini asanlıqla əldən vermək niyyətində olmadığının göstəricisidir...
Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi