Bakıda pulsuz çimərlik açılır

img

11-07-2016 [15:34]


"Azərbaycanda turizm bazarı inhisarçılığa məruz qalmır”.

Bunu Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, dövlət otellərdə qiymət siyasətini müəyyənləşdirmir və qiymətlər fərdi sahibkarlar tərəfindən müəyyən olunur:

"Hər kəs bu sahə ilə məşğul ola bilər. Bu sahədə hər şey çox şəffafdır və ona görə də dövlətin bura müdaxilə etməsi yersizdir. Azərbaycanda turizmin inkişafı prioritet istiqamətlərdən biridir. Həm daxili turizm, həm də xarici turizm inkişaf etdirilməlidir.

Daxili turizm ona görə inkişaf etməlidir ki, Azərbaycan vətəndaşları kənara getməsin, ölkədən kənara valyuta axını olmasın. Dövlət olaraq biz sahibkarları maarifləndirə, onlara treninqlər keçə və qiymətlərin formalaşdırılmasında onlara tövsiyələr verə bilərik”.

"Bu həftə Novxanıda girişi pulsuz olan çimərlik açılacaq”- deyən nazir bildirib ki, çimərliyin açılışı iyulun 14-15-də baş tutacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA