Ramil Usubovdan daha bir əmr - Nazir rəisin yerini dəyişdi

img

11-07-2016 [14:44]


Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Daşkəsən Rayon Polis Şöbəsinin rəisi Elsevər Aslanov vəzifəsindən azad olunub.

Mia.az Kəpəz TV-yə istinadən xəbər verir ki, nazirin digər əmri ilə Elsevər Aslanov Ağstafa Rayon Polis Şöbəsinə rəis təyin olunub.

Daşkəsən RPŞ-yə hələlik rəis təyinatı yoxdur.

Qeyd edək ki, Elsevər Aslanov buna qədər Mingəçevir Şəhər Polis Şöbəsində müavin və Beyləqan RPŞ-nin rəisi vəzifələrində çalşıb. O, 2012-ci ildən Daşkəsən polisinə rəhbərlik edir.

Ağstafa Rayon Polis Şöbəsinin sabiq rəisi Yaşar Nuriyev isə bir müddət əvvəl Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryol Xətt Polisinə rəis təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA