İŞİD”in hədəfində Azərbaycan polisi - “Milliyet”dən şok iddia

img

11-07-2016 [11:54]


Atatürk hava limanında baş verən son terrordan sonra İŞİD-in yeni hədəf ölkələri müəyyənləşib.

"Milliyet” aparılan əməliyyatlar nəticəsində Suriyaya sıxışan İŞİD-in Avropa və Türkiyədə yeni terror planları həyata keçirmək üçün döyüşçülərini Azərbaycan, Kipr və Gürcüstan üzərindən göndərməyə başladığını yazır.

Bundan başqa, İŞİD-in son zamanlar azərbaycanlı və Şimali Qafqaz döyüşçüləri vasitəsilə Türkiyə və Azərbaycanda terror həyata keçirməyi planlaşdırdıqları qeyd edilir.

Iddialara görə, Türkiyə Baş Polis İdarəsinin əyalət müdirliklərinə göndərdiyi xəbərdarlıqda göstərilir ki, canlı bomba qismində Azərbaycanda terror planlaşdıran azərbaycanlı və qafqazlı İŞİD-çilərin hədəfində polislər və ailə fərdləri ola bilər.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA