Azərbaycanlı iş adamının sürücüsü qətlə yetirilib

img

11-07-2016 [10:52]


Rusiyada başından aldığı güllə zərbəsi ilə qətlə yetirilən və Moskva çayında torbanın içində meyiti aşkarlanan şəxslə bağlı yeni məlumat yayılıb.

Öldürülən şəxs "Şeş-beş” restoranlar şəbəkəsinin rəhbərinin sürücüsüdür.

İstintaqın versiyasına görə, sürücünün qətlə yetirilməsinə səbəb biznes məsələlərindəki fikir ayrılığı ola bilər. Onun sifarişli qətlin qurbanı olduğu idda edilir.

Xatırladaq ki, "Şeş-Beş” restoranlarının sahibləri azərbaycanlılardır. Onların kriminal aləmlə əlaqəli olduğu bildirilir.

Qeyd edək ki, Moskva çayının Lujnetski sahilindən keçən ərazisində yataq dəstinə bükülərək, torbaya qoyulmuş kişi meyit aşkar edilib. Onun üzərində mavi rəngdə kostyum olub. Meyitə ilkin baxış zamanı onun üzərində zorakılıq əlamətləri aşkar edilib. Ad və soyadı açıqlanmayan kişi başından güllələnib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA