Rövnəq Abdullayev FİFA prezidenti və keçmiş məşhur futbolçularla ziyafətdə - FOTO

img

10-07-2016 [19:42]


Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ziyafət təşkil edilib.

Mia.az Virtualaz.org-a istinadən xəbər verir ki,  tədbirdə SOCAR-ın və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev, FİFA-nın prezidenti Canni İnfantino, UEFA-nın və müxtəlif ölkələrin futbol federasiyalarının rəhbərləri, dünya futbol ictimaiyyətinin nümayəndələri, həmçinin Avropa futbolunun keçmiş ulduzları - hollandiyalı Ruud Qullit və italyan Kristian Veri iştirak ediblər.

Məlum olduğu kimi, SOCAR UEFA-ın partnyoru və bu gün bitməkdə olan Avro-2016 oyunlarının adla tanınan sponsorlarından biridir.

Xatırladaq ki, sahəsi üç min kv.m təşkil edən Azərbaycan Mədəniyyət Mərkəzi 2012-ci ildə açılıb. Mərkəzin binası Eyfel qülləsinin yaxınlığında yerləşir və 1904-cü ilə aid tarixi tikilidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA