Bakı-London təyyarə reysi təxirə salınıb

img

16-04-2010 [01:39]


İslandiyada 200 il sonra yenidən oyanan və ikinci dəfə partlayan vulkan yüzlərlə təyyarə reysinin təxirə salınmasına səbəb olub. Buna partlamadan sonra əmələ gələn qatı dumanın görmə məsafəsini məhdudulaşdırması səbəb olub. 18 km-ə yaxın hündürlüyü olan duman İngiltərə daxil olmaqla, bir çox Avropa ölkəsinin uçuşlarına maneə törədib. İngiltərə, Danimarka, İsveç, Hollandiya və Belçikanın hava limanları bağlanıb, yüzlərlə insan hava limanlarında qalıb. Qatı kül buludunun hələ iki gün davam edəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, paytaxt Reykyavikdən 200 km şimalda, Eyyafyallayöküll buzlağının yaxınlığında yerləşən vulkan mart ayında oyanmağa başlayıb. İslandiyalı mütəxəssislər partamadan iki saat öncə seysmik fəallığın artdığını bildirərərək ərazidən 800 insanı evakuasiya etmişdilər. Buzlağın altındakı vulkan 9 əsrdən bu günə kimi 5 dəfə partlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA