09-07-2016 [22:00]
Respublikanın ümumtəhsil məktəblərində istifadədə olan, yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 4-cü sinif dərslik komplektlərinə dair Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) hazırladığı yekun rəylərə Təhsil Nazirliyi tərəfindən rəsmi cavab göndərilib.
Nazirlik TQDK-nın iradlarının çoxuni nəinki qəbul edib, hətta bəzilərini lağa qoyub,digərlərini isə aşağılayıcı formada cavablandırıb, bir başqasına isə isə elə iradla da cavab verilib.
Mia.az Trend-ə istinadən Təhsil Nazirliyinin TQDK sədrinə cavabı təqdim edir.
TQDK-nın "Dərslik "Azərbaycan dili" adlansa da, məzmunu bilavasitə "Oxu" məzmun xəttinə uyğundur iradına belə cavab verilib:
"Bunun səbəbi, fıkrimizcə, 3-cü sinif dərsliyində dilin sisteminin həddindən çox verilməsi ilə bağlıdır. Dil materialları uşaqların yaş xüsusiyyətləri nəzərə alınmadan, əsasən, 3-cü sinif dərsliyində verildiyindən, 4-cü sinif dərsliyində əlavə məlumat verməyə, demək olar, material qalmayıb".
Eləcə də təqdim olunmuş dil qaydalarının mətnlərlə bağlı olmaması "Azərbaycan dili" fənninin əsas məqsədinin reallaşmamasına gətirib çıxarıb” iradına cavab olaraq bildirilib: "Dilçiliyə yaraşmayan ifadələr (dilin sisteminin həddindən çox verilməsi - ?), əsassız iradlar irəli sürməkdənsə, rəyçilər hər bir sinif üçün kurikulumda təsbit olunmuş dil qaydaları ilə bağlı hansı standartların dərslikdə reallaşmadığını və ya kurikulumda öz əksini tapmamış hansı standarta dərslikdə yer verildiyini deməli idilər. Bunu isə deyə bilməzlər, çünki dərslikdə hər bir material kurikuluma uyğundur”.
TQDK-nın "4-cü sinifdə dil qaydaları az olsa da, qənaətbəxş və nizamlı deyil, bir çox hallarda lazımsız qaydalar verilmişdir. Mətnlərə aid tapşırıqlar Azərbaycan dili üzrə məzmun standartlarının reallaşmasına ciddi kömək etmir. Dil qaydalarının müvafiq nitq bacarıqlarına çevrilməsi yoxdur” iradı heç bir konkret faktla əsaslandırılmamış irad hesab edilib: "Dərslikdə "lazımsız qayda" yoxdur. Bütün qaydalar məzmun standartlarına uyğundur və müvafıq mətnlə bağlıdır”.
TQDK-nın "Dərsliyin forzas səhifəsində Dövlət Himni "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" 1992-ci il 27 may tarixli Qanunun tələblərinə uyğun çap olunmayıb. Himnin adı ("Azərbaycan marşı") ixtisar olunub.
Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri Dövlət Gerbi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb” iradına cavabda isə qeyd edilib ki, son illərin bütün dövlət sərəncamlarında böyük bəstəkarın soyadı "Hacıbəyov" yox, "Hacıbəyli" gedir. Heç bir mənbədə dövlət himni "Azərbaycan marşı" kimi qeyd olunmur."
TQDK-nın ”Dərslikdə tez-tez pulla bağlı humanistlik mövzusuna müraciət olunur. Maddiyyat məsələlərinin bu qədər qabardılması məqsədəuyğun deyil” iradına cavab olaraq bunlar bildirilib: "Bu iraddan kommunist ideologiyasının qoxusu gəlir. "Maddiyyat" həyatımızın bir hissəsidir və "şəxsiyyətyönümlü" adlandırdığımız təhsil tələb edir ki, şagirdin bu barədə də məlumatı olsun”.
Ümumilikdə "Azərbaycan dili” dərsliyi üzrə cəmi 72 tənqidi xarakterli qeyd verilib, onlardan 9-u qəbul edilib. Qəbul edilən iradlar isə əsasən, qrammatik yönümlü olub.
4-cü sinif "Riyaziyyat” fənni üzrə TQDK-ya daxil olmuş yekun rəydə iradlar demək olar ki, qəbul edilməyib.
TQDK-nın "Göründüyü kimi, 4-cü sinif riyaziyyat proqramındakı 49 standartdan 20-si, yəni 40 faizdən çoxu dərslikdə ya tamam, ya da normal şəkildə əksini tapmayıb. Halbuki 20 yox, bircə standartın kənarda qalması yetərli idi ki, Dərslikləri Qiymətləndirmə Şurası onu geri qaytarsın” iradına cavab olaraq bildirilib ki, 20 standartın formalaşdırılmadığı barədə qeyd edilən bütün iradlar əsassızdır. 4-cü sinif riyaziyyat fənni üzrə yeni təhsil proqramında (kurikulum) yer almış bütün məzmun standartları dərslikdə öz əksini tapıb:
"Yekun rəydə irəli sürülən fikirlər hər bir məzmun standartına uyğun şagird bacarıqlarının ekspertlər tərəflndən düzgün qiymətləndirilməməsindən irəli gəlir. Bir çox hallarda isə dərslik komplektində yer almış uyğun tapşırıqların nəzərə alınmaması təəccüb doğurur. Bu tapşırıqları dərsliyi vərəqləyən hər bir şəxs görə bilər”.
4-cü siniflər üçün 2011-ci ildə nəşr olunmuş "İnformatika" fənni dərslik komplekti üzrə TQDK-nın monitorinqinin yekun nəticəsinə müəlliflərin münasibətində iradlar da qəbul edilməyib. TQDK-nın "Dərslik komplekti tələb olunan məzmun standartlarını tam formalaşdırmağa imkan vermir” iradına cavab olaraq qeyd edilib: "Rəyçilərin bu fikri yalnız ilin sonunda böyük summativ qiymətləndirmə ilə təsdiq və ya təkzib oluna bilər. Biz isə bu fikri söyləyən rəyçinin ibtidai siniflərlə sıx əlaqəsinin olduğuna şübhə edirik”.
"Həyat bilgisi” ilə bağlı TQDK-nın "Dərsliyin forzas səhifəsində Dövlət Himni "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" 1992-ci il 27 may tarixli Qanunun tələblərinə uyğun çap olunmayıb. Himnin adı ("Azərbaycan marşı") ixtisar olunub.
Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri Dövlət Gerbi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Komplekt rəsmi dövlət sənədlərinə - tədris planına və fənn kurikulumuna uyğun hazırlanmadığına, müəlliflərin subyektiv mülahizələrinə əsaslandığına görə, standartlarda təsbit olunmuş bilik, bacarıq, vərdiş və dəyərləri praktiki cəhətdən formalaşdırmaq qeyri-mümkündür” yekun rəyinə cavab olaraq, bildirilib ki, kurikulum üzrə hazırlanmış dərsliklərdə forzas yoxdur.
Rəydə daha sonra bildirilir: "Sizin forzas adlandırdığınız kitab cildin 2-ci səhifəsidir. Gerbin təsvirinə gəldikdə isə onun çapı tam tələblər səviyyəsində icra olunub. Azərbaycan Respublikasının Dövlət Himninin adının ixtisar olunmasına gəlincə, qeyd etməyi lazım bilirik ki, "Azərbaycan marşı" Dövlət Himni kimi təsdiq olunduqdan sonra rəsmi olaraq "Azərbaycan marşı" deyil, "Azərbaycan Respublikasının Dövlət Himni" adlanır. Yuxarıda göstərilənlərə əsasən qeyd etmək istərdik ki, "Həyat bilgisi - 4" dərslik komplekti tam fənn kurikulumuna əsasən hazırlanıb. Dərslikdə və müəllim üçün metodik vəsaitdə, iş dəftərində təqdim edilən məlumat, suallar və tapşırıqlar sistemli şəkildə şagirdlərdə standartlarda təsbit olunmuş bilik, bacarıq, vərdiş və dəyərləri praktiki cəhətdən formalaşdırmağa tam imkan yaradır və yalnız rəydə göstərilən bəzi redaktə və korrektura xətaları nəzərə alınmalıdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi