09-07-2016 [19:07]
Vəkil Aslan Ismayılovun Milli Onkologiya Mərkəzi ilə bağlı yazısına Səhiyyə Nazirliyindən cavab gəlib.
Qeyd edək ki, Aslan Ismayılovun yazısında Milli Onkologiya Mərkəzində korrupsiya hallarından, xəstələrə qarşı qeyri-insani davranışdan və s.-dən bəhs edilirdi.
Movqe.az-a açıqlama verən Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli isə Aslan Ismayılovun yazdıqlarının yalan olduğunu iddia edib.
Onun sözlərinə görə, Aslan Ismayılov Milli Onkologiya Mərkəzinə gələrək xəstələrlə görüş saatının olmadığı vaxtda xəstə ilə görüşmək istəyib:
"Ona başa salıblar ki, xəstəxananın daxili qaydaları var. Xəstələrlə görüş saatı saat 17:00-dan 20:00-dəkdir. O da bundan hiddətlənərək, ağzına gələni yazıb. O, Mərkəzdə hansı xəstə ilə görüşüb, kimdən nə soruşub, biz bilmirik. Ölkədə onkoloji xəstələr pulsuz dərman preparatları ilə təmin olunur. Xəstələr pulsuz müayinədən keçirilərək müalicə olunur. Tibbi xidmət pulsuz göstərilir. Onkoloji xəstələr dövlət qayğısı ilə əhatə olunub. Aslan Ismayılov özü hüquqşünas olsa da, əlində tutarlı fakt olmadan danışır. Bilmir ki, əsassız, sübutsuz danışdıqları cəfəngiyyatdan başqa bir şey deyil. Əlində rüşvətlə bağlı fakt varsa, o xəstəni də götürüb Milli Onkologiya Mərkəzinin rəhbərliyinə yaxınlaşsın. Biz məsələni aydınlaşdıraq. Nə xəstəni həkimə pul verəndə, nə də tibb bacısını xəstədən pul alanda görüb, əsassız danışır”.
Aslan Ismayılovun Azad Kərimlinin fikirlərinə münasibəti belə olub:
"Milli Onkologiya Mərkəzi ilə bağlı yazıma cavab verənlər məni yalanda, guya hansısa xəstəmə görə qərəzçilikdə suçlayıblar. Cavab yazanların həyat tərzi olan yalan, qərəzçilik mənə yad olduğundan ətraflı mövqe bildirmək fikrim yoxdur. Həmin cavabı olduğu kimi paylaşıram və onlara məsləhət bilirəm ki, ”Facebookda” tək bir səhifəmdəki yazıya olan 425 min oxunma, 8 min 600 bəyənmə, 1400 şərh və 7 min 600 paylaşıma fikir versinlər. Hələ digər səhifələrimdəki (facebook və instagram), həmin yazını paylaşmış mətbuatdakı rəqəmləri demirəm.
P.S. Milli Onkologiya Mərkəzində olanlardan xahiş edirəm, addımbaşı Sizdən pul tələb edəndə Baş Onkoloq Azad Kərimlinin yuxarıdakı sözlərini əlinizdə əsas tutun”.
Qeyd edək ki, Aslan Ismayılovun həmin yazısı sosial şəbəkələrdə rezonansa səbəb olub.
Sosial şəbəkə istifadəçiləri vəkilin yazdıqlarının həqiqət olduğunu bildiriblər. Bəziləri isə orada yaxınlarının başlarına gələnləri yazıblar.
Məsələn, Səbinə Rəfiyeva adlı istifadəçi yazıb: "Adam bilə ki, bu qədər xərclə müalicə olunacaq hər şeyindən keçib ödəyərsən. Amma səhv diaqnoz, gecikmiş diaqnoz, səhv müalicə nəticəsində xəstələr dünyasını dəyişir. Mənim atam da aylarla o yerdə müalicə aldı. Nə qədər pul ödədi və borca girdik. Təəssüf ki, dünyasını dəyişdi, ”güclü” səhiyyəmizə görə. Neçə dəfə analiz verdi, xərçəngə göbələk xəstəliyi diaqnozu qoyub yaranı qaşıdılar, şüa verdilər. Illərlə xərçəng olduğunu bilmədən yaşadığı yarasını oyatdılar, metastaz verdi. Allah xəstələrə şəfa, xalqımıza isə bu vicdansızlardan qurtuluş versin”.
Rəfael Həsənzadə adlı istifadəçi isə yazıb ki, onun da yaxın adamlarının başına bu cür oyun açıblar: "Bizim də başımıza bu cür oyunlar açıblar. Iki dəfə yaxın adamlarımla bu prosesdə olmuşuq. Bu bizim dövlətə və dövlətçiliyimizə təhdiddir. Çünki səhiyyəmiz bərbad, çirkaba batmış, korrupsuyaya uğramış bir quruma çevrilib. Amma Gürcüstanda səhiyyə çox gözəl təşkil olunub və heç bir rüşvət yoxdur. Bu dövlətin vətəndaşa olan qayğısı sayılır”.
Elvira Tağıyeva adlı istifadəçi isə yazıb ki, anası Milli Onkologiya Mərkəzində bir ay müalicə olunub və orada baş verənlərdən xəbərdardır: "Mənim anam orda bir ay yatıb. Amma bilirdilər öləcək. Mənə demişdilər ki, xəstə yaşamayacaq, kar olardım amma o sözləri eşitməzdim. Öz günlərim yadıma düşdü. Pul cəhənnəm olsun, ordan sağ çıxmaq mümkün deyil. Həm can verirsən, həm də malın mülkün gedir.
Azadliq.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi