09-07-2016 [18:20]
ATƏT-in Tbilisidə Cənubi Qafqaz ölkələri üzrə keçirdiyi ənənəvi media konfransı dünən sona yetib. Toplantıda region ölkələrində media azadlığının durumu, jurnalistlərin təhlükəsizliyi, ənənəvi və yeni medianın inkişaf istiqamətləri müzakirə edilib. 13-cü Media konfransının ilk günü daha çox Azərbaycanda mətbuat azadlığının kəskin pisləşməsinə dair qızğın müzakirələrlə keçib.
Qurumun media azadlığı ofisinin rəhbəri Dunya Miyatoviç regionda və özəlliklə Azərbaycanda medianın durumuna toxunaraq, jurnalistlərin uydurma, təşkil edilmiş eyni ittihamlarla həbsinin ciddi narahatlıq doğurduğunu deyib.
"Belə ittihamlara məruz qalmış həmin jurnalistlər ictimaiyyətə doğru bilgiləri, həqiqətləri çatdırırlar. Hökumətlər isə onların səsini kəsmək, susdurmaq üçün belə addımlara əl atırlar» - D.Miyatoviç bildirib ("Azadlıq” radiosu).
Beynəlxalq toplantıda Azərbaycanda jurnalistlərə təzyiq kontekstində AzTV barədə tənqidi fikirlərinə görə media eksperti, professor Qulu Məhərrəmlinin də cinayət təqibinə məruz qalması barədə ayrıca danışılıb.
Büdcədən maliyyələşən telekanalın rəhbərini yarıtmaz işinə görə tənqid etmiş mütəxəssisə qarşı beş aydır ki, çəkən əsassız məhkəmə işinin cəmiyətdə birmənalı qarşılanmadığı qeyd olunub.
Şeffild universitetinin (Böyük Britaniya) KİV azadlığı mərkəzinin direktoru, BBC-nin keçmiş əməkdaşı Uilyam Hörsli bildirib ki, Azərbaycanda belə bir faktın ortaya çıxmasına çox təəssüflənir.
"Nə qədər kəskin olsa belə, tənqidə görə media ekspertini cinayətə cəlb etmək yolverilməz haldır, məmur dözümsüzlüyünün göstəricisidir. Sivil dünya söz azadlığına qarşı olan bu tərzi qəbul etmir. Azərbaycan hökumətinin bu xoşagəlməz vəziyyətlə yaxından maraqlanacağına əminəm” – deyə media azadlığı üzrə beynəlxalq ekspert bildirib.
Konfrans iştirakçılarının bir çoxu, o cümlədən ATƏT-in Layihə rəhbəri N.Ebnoter, Bosniya Mətbuat Şurasının icraçı direktoru L.Zuravaç, Avropa İttifaqının Gürcüstan nümayəndəliyinin təmsilçisi T.Mikadze, "Turan” informasiya agentliyinin direktoru M. Əliyev televiziya mütəxəssisi Q.Məhərrəmli ilə bağlı insidenti pisləyərək, bunu media azadlığına ciddi təzyiq kimi qiymətləndiriblər.
Konfransın əsas məruzəçilərindən biri, "Yeni nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev isə deyib ki, bir tərəfdən Qulu müəllim kimi nüfulu həmkarımıza beynəlxalq dəstəyin verilməsinə sevinirsən, digər tərəfdən isə hansısa məmurun yanlış davranışı səbəbindən Azərbaycanın adının qara siyahılara düşməsinə məyus olursan.
"Ona görə də məmurlar tənqidə dözümlü olmalı, belə incə məsələlərdə ölkənin imici haqqında da düşünməlidirlər”- deyə, A.Əliyev bildirib.
Modern.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi