19 yaşlı əsgərin müəmmalı ölümü: “Məzuniyyətə gələcəyini dedi”

img

08-07-2016 [19:52]


Beyləqan rayonunda yerləşən hərbi hissədə xidmət edən 19 yaşlı Elbrus Nəcəfov müəmmalı şəkildə ölüb.

Mia.az-ın Turan-a istinadən xəbərinə görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Ailə üzvlərinə onun intihar etməsi barədə məlumat verilib, amma əsgərin valideynləri buna inanmırlar.

"Elbrus Nəcəfov ölüm xəbərindən bir saat əvvəl ailəsi ilə telefonla danışıb. O, bir gün sonra məzuniyyətə gələcəyini deyib. Ona görə də onun özünü asması inandırıcı görünmür”, - Nəcəfovun valideynləri bildiriblər.

Ailə belə hesab edir ki, övladlarının intihar etməsi iddiası onun öldürüldüyünü gizlətmək məqsədilə ortaya atılıb.

E.Nəcəfov idmançı olub, idmanın kapoeyra növü üzrə ölkə çempionu olub, Dünya Çempionatında iştirak edib.

Əsgərin ölümü ilə bağlı məlumatı Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun mətbuat xidmətlərindən dəqiqləşdirmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA