08-07-2016 [19:11]
Xəbər verdiyimiz kimi, bu gün Polşanın paytaxtı Varşavada NATO-nun Sammiti işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitin açılışında iştirak edib.
NATO-nun Varşava Sammitində Alyansa üzv olan və İSAF proqramına qoşulan tərəfdaş ölkələrdən, BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edirlər.
NATO-nun baş katibi Yens Stoltenberq və Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevi, həmçinin digər dövlət və hökumət başçılarını salamladılar.
Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.
Sonra NATO-nun Sammiti işə başlayıb.
Alyansın baş katibi Yens Stoltenberq iştirakçı ölkələrin dövlət və hökumət nümayəndələrini, həmçinin beynəlxalq təşkilatların rəsmilərini salamlayaraq, Zirvə görüşünün uğurla keçəcəyinə əminliyini ifadə edib.
Daha sonra NATO-ya üzv ölkələrin dövlət bayraqları Sammitin keçirildiyi salona gətirilib.
Dövlət və hökumət başçıları NATO əməliyyatlarında həlak olan hərbçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
NATO-nun baş katibi Yens Stoltenberq ötən Zirvə görüşündən sonra görülən işlər barədə məlumat verib. Bildirib ki, Estoniya, Latviya və Litvada NATO-nun fəaliyyətinin gücləndirilməsi istiqamətində müəyyən işlər görülüb.
"Bütün bunlar bizdən xüsusi səy tələb edəcək. Biz düzgün istiqamətdə irəliləyirik və irəliləyəcəyik”, – deyən Y.Stoltenberq Sammitə yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Polşa Respublikasına minnətdarlığını çatdırib.
Polşa Prezidenti Andjey Duda NATO Sammitinin ölkəsində keçirilməsindən məmnunluğunu bildirib. Qeyd edib ki, hazırda demokratik dəyərlər təhlükə altındadır və münaqişələr dünyada qeyri-sabitliyin yaranmasına, terrorizm kimi çağırışların üzə çıxmasına xidmət edir. Andjey Duda vurğuladı ki, bu gün xalqlarımız bizdən üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirilməsini gözləyir.
Qeyd edək ki, Varşava Sammiti ilə NATO adaptasiya prosesinin yeni mərhələsinə qədəm qoyur. NATO Estoniya, Latviya, Litva və Polşada dörd batalyonunu yerləşdirməklə Alyansın şərq hissəsində NATO qüvvələrinin mövcudluğunu daha da gücləndirəcək. Sammitdə Cənubdan qaynaqlanan çağırışlara NATO-nun daha da uyğunlaşdırılması üçün çərçivə sənədi qəbul ediləcək.






Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi