08-07-2016 [17:11]
Gürcüstan paytaxtında ATƏT-in media ofisinin təşkilatçılığı ilə "Kütləvi informasiya vasitələrində söz və ifadə azadlığında müxtəlif çağırışlar” mövzusunda keçirilən XIII Cənubi Qafqaz Media Konfransında Ermənistan nümayəndə heyəti Azərbaycan əleyhinə təkliflə çıxış edib.
Tədbirin son günü – iyulun 7-də konfransın yekunları ilə bağlı birgə bəyanat müzakirəyə çıxarılıb.
İki gün ərzində müzakirələrdə passiv iştirak edən Ermənistan nümayəndə heyəti yekun sənədə jurnalistlərin adlarının "qara siyahı”lara salınmasını pisləyən müddəanın daxil edilməsi təklifini irəli sürüb.
Ermənilər Azərbaycan Xarici İşlər Nazirliyinin işğal olunmuş Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edən xarici jurnalistlərin adlarının "arzuolunmaz şəxslər” siyahısına daxil etməsinin yolverilməz olduğunu iddia ediblər və yekun sənəddə bu halın pislənməsini istəyiblər.
Azərbaycan nümayəndə heyətinin üzləri isə bildiriblər ki, ermənilər bununla konfrans iştirakçılarının diqqətini Ermənistanda medianın real vəziyyətinin müzakirəsindən yayındırmağa və bu ölkədə baş verən ciddi qanun pozuntularının üstünü örtməyə çalışırlar.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Kamran Həsənov deyib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunan "qara siyahı”ya vəzifəsindən, peşə mənsubiyyətindən və statusundan asılı olmayaraq Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərən, qeyri-qanuni şəkildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər edən şəxslər daxil edilir: "Bu, Ermənistan nümayəndə heyətinin iddia etdiyi kimi, "jurnalistlərin qara siyahısı” deyil, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərən və buna görə də Azərbaycanda arzuolunmaz elan edilən şəxslərin siyahısıdır. Ermənistan nümayəndə heyətinin özünə sərf edən formada məsələnin mahiyyətini təhrif etmək, təxribatçı niyyətlərini reallaşdırmaq cəhdləri yolverilməzdir və buna görə də irəli sürülən təklif nəzərə alınmamalıdır”.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Sərxan Ağakişiyev çıxış edərək bildirib ki, işğal altında olan Azərbaycan ərazilərinə səfər etmək və çəkiliş aparmaq istəyən xarici media nümayəndələri Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və milli qanunvericiliyinə hörmətlə yanaşmalı, müvafiq qaydada akkreditasiyadan keçməlidirlər.
S. Ağakişiyev təklifin əsassız və qərəzli olduğunu qeyd etməklə yanaşı, onu da əlavə edib ki, bu iddia yekun sənədə daxil edilərsə, onda Azərbaycan nümayəndə heyətinin təklifi də bəyanata əlavə olunmalıdır: "Azərbaycan nümayəndə heyəti yalnız bir halda bu düzəlişlə razılaşa bilər ki, müddəada jurnalistlərin həmin ərazinin aid olduğu dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşması, akkreditasiya qaydalarına əməl etməsi məsələləri də öz əksini tapsın”.
Milli Məclisin deputatları Əflatun Amaşov, Hikmət Məmmədov, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) rəhbəri Azər Həsrət, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev də çıxış edərək erməni tərəfinin təklifinin əsassız olduğunu diqqətə çatdırıblar.
Azərbaycan nümayəndə heyətinin etirazından sonra təşkilatçılar konsensusun əldə olunmadığı hər hansı bir müddəanın bəyanata daxil edilməsinin mümkünsüz olduğunu vurğulayaraq iştirakçıları digər təkliflərin müzakirəsinə dəvət ediblər. Bu isə Ermənistan nümayəndə heyətinin etirazına səbəb olub və onlar bəyanatın son variantının müzakirəsi zamanı toplantını tərk ediblər. ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç bəyan edib ki, bu konfrans KİV üçün müzakirə meydanıdır və tədbirdə siyasi mövzular deyil, media ilə bağlı məsələlər müzakirə olunmalıdır.
Sonda yekun bəyanat qəbul edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi