NATO-nun baş katibindən Rusiyaya açıq güc mesajı - Açıqlama

img

08-07-2016 [16:20]


""NATO-nun addımları onun beynəlxalq öhdəlikləri ilə üst-üstə düşür. NATO-nun mövqeyi kifiayət qədər aydındır: NATO qarşıdurma və yeni "soyuq müharibə" istəmir. "Soyuq müharibə" tarixdir və tarix olaraq qalmalıdır”.

Bu barədə NATO baş katibi Yens Stoltenberq alyansın Varşava sammiti çərçivəsində ekspertlər forumunda çıxışı zamanı deyib.

"Rusiya bizim ən böyük qonşumuz və Avropa təhlükəsizliyinin ayrılmaz hissədir. Dialoq çox vacibdir”, – deyə, o, söyləyib.

Baş katibin sözlərinə görə, Varşava sammiti həlledici bir zamana təsadüf edir:"Alyansın şərq cinahında – Estoniya, Latviya, Litva və Polşada rotasiya qaydası əsasında çoxmillətli batalyonların yerləşdirilməsi barədə qərar qəbul edəcəyik. Kanada, Almaniya, Birləşmiş Krallıq və ABŞ-a bu qüvvələrə rəhbərlik etməyə razılıq verdikləri üçün, Polşa və Baltikyanı ölkələrə isə bu qüvvələrə ev sahibliyi  edəcəkləri üçün təşəkkür edirəm. Bu sammitdə hibrid və kibertəhlükələrə qarşı qüvvələrimizi artırmaqla bağlı qərarlar qəbul edəcəyik. Biz Əfqanıstan qüvvələrinə təlim keçilməsi öhdəliyimizə sadiqik. Və sammitdə İŞİD əleyhinə koalisiyanın dəstəklənməsi üçün AWACS təyyarələrinin göndərilməsini təsdiqləyəcəyik”.

Y. Stoltenberq qeyd edib ki, NATO Ukrayna, Gürcüstan və Moldovanın kənar təzyiqlərlə mübarizəsində və islahatlar keçirməsində yardımını davam etdirəcək.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA