Gövhər Baxşəliyeva yeni səfirlə görüşdü - FOTO

img

08-07-2016 [14:09]


Bu günlərdə millət vəkili, Milli Məclisin Azərbaycan-Misir dostluq qrupunun rəhbəri, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva Misir Ərəb Respublikasının ölkəmizdəki yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Syuzan Qamil Hoahla görüşüb.

İnstitutdan Mia.az-a verilən məlumata görə, Misir səfirliyində baş tutan çox səmimi tanışlıq görüşündə tərəflər görüşdən məmnunluq ifadə edərək, onları maraqlandıran məsələlərin ətraflı müzakirəsini aparıb, yeni seçilmiş Misir Parlamenti ilə Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər. Azərbaycan və Misir xalqlarını birləşdirən çoxsaylı tarixi, dini, mədəni dəyərlərdən, iqtisadi əlaqələrdən, dostluq və həmrəylik bağlarından söhbət açıldığı görüşdə bu istiqamətdə yeni-yeni uğurların əldə edilməsinə dərin inam ifadə edilib.

G.Baxşəliyeva Misir səfirinə Azərbaycanda ərəbşünaslığın inkişafından, Şərqşünaslıq İnstitutunda bu sahədə görülən işlərdən ətraflı bəhs edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA