07-07-2016 [23:59]
"Rusiya bundan sonra Qara dənizdə NATO-nun bu regiona artan marağı səbəbindən Alyansın daha çox müdaxiləsi ilə üzləşməli olacaq”.
Belə bir proqnozla ABŞ-ın "kölgə kəşfiyyatı” sayılan "Stratfor” hərbi-analitik qurumunun ekspertləri hazırladıqları hesabatda çıxış ediblər.
Hesabata görə, yaxın zamanlarda Qara dəniz hövzəsində nüfuz uğrunda rəqabət kəskinləşəcək: "2014-cü ildə Krım Rusiyanın tərkibinə daxil edildikdən sonra Qara dənizdə qüvvələr nisbəti dəyişib. Ukrayna meydandan çıxarılıb, Moskva isə öz donanmasını gücləndirib”.
"Bu arada Avroda Rusiyanın siyasətini cilovlamağa çalışan NATO-nun gözündə Qara dəniz akvatoriyasının əhəmiyyəti artıb” – deyə, qeyd olunur.
Müəlliflərə görə, Şimali Atlantika bloku Qara dənizdə qeyri-Qara dəniz ölkələri hərbi gəmilərinin tonnajını, sayını və qalma müddətini məhdudlaşdıran 1936-cı il Montre konvensiyasını nəzərə almalıdır.
"Ancaq NATO kimi çoxmillətli qüvvələr öz donanmalarını bir neçə ölkənin gəmiləri ilə komplektləşdirməklə və orduların rotasiyası ilə həmin məhdudiyyətlərdən yayına bilər. Məhz ona görə də alyansın iyulun 8-9-da Varşavada keçiriləcək sammitində Qara dənizdə alyansın birgə hərbi-dəniz qüvvələrinin gücləndirilməsi imkanları da müzakirə olunacaq” – deyə, sənəddə bildirilir.
Lakin sənəd müəlliflərinə görə, Qara dənizə çıxışı olan heç də bütün NATO ölkələri regionda Alyansın qüvvələrinin artırılmasını dəstəkləməyə hazır deyil: "Məsələn, Rumıniya yəqin ki, bunu qızğın tərəfdarı olsa da, Türkiyə və Bolqarıstan Rusiya ilə düşmənçilik istəmədikləri üçün buna ehtiyatlı yanaşa bilər”.
"Stratfor”a görə, bu yaxınlaradək Türkiyə də NATO-nun Qara dənizdə güclənməsinin tərəfdarı kimi çıxış edib, ancaq son vaxtlar Ankara "Su 24” insidentinə görə Moskva ilə pozulmuş münasibətləri qaydaya salmağa başlayıb, bu üzdən məsələyə ehtiyatlı yanaşa bilər.
Analitiklər həmçinin, regionda hərbi-dəniz qüvvələri arasında nisbəti müqayisə ediblər: "Regionda hərbi gəmilərin sayına görə Rusiya NATO-dan geri qalır. Amma Rusiyanın bir çox başqa üstünlükləri var - məsələn, aviasiyada. Bundan əlavə, Moskva öz donanmasını, o sırada sualtı qayıqlarını fəal şəkildə modernləşdirməklə məşğuldur”.
Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi