?Könüllülük Təzəbbüsü Beynəlxalq Forumu?na start verilib

img

15-04-2010 [06:10]


15 aprel 2010-cu il tarixlərdə Belarus Respublikasının Minsk şəhərində MDB iştirakçı dövlətlərinin Könüllülük Təşəbbüsü Beynəlxalq Forumuna start verilib. Forum MDB iştirakçı dövlətlərinin humanitar əməkdaşlıq üzrə ölkələr arası fondunun və Belarus Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə ?Gənclərin könüllü fəaliyyəti cəmiyyəti? Gənclər İctimai Birliyi tərəfindən keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd könüllü fəaliyyətinin MDB ölkələrinin gənc nəsillərinin aktiv vətəndaş pozisiyasının formalaşdırılması üsulu kimi populyarlaşdırılması, gənclərin ümumbəşəri dəyərlərin inkişafı və möhkəmləndirilməsi prosesinə cəlb olunması, onlarda vətənpərvərlik və vətəndaşlıq hisslərinin tərbiyə olunmasından ibarətdir. Azərbaycan Respublikasını həmin tədbirdə 7 nəfərdən ibarət nümayəndə heyəti təmsil edəcəkdir. Forum 18 parel tarixinədək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA