Azərbaycan-Rusiya sərhədində keçirilmiz əməliyyatın nəticələri açıqlanıb, 34 nəfər tutulub

img

15-04-2010 [05:49]


Azərbaycan və Rusiya Daxili İşlər nazirlikləri arasında təsdiq edilmiş birgə tədbirlər planına əsasən, 2010-cu il aprelin 6-dan 10-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində ?Sərhəd? şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib. DİN mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası olub. Respublikanın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edən tədbirlər nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 16 nəfər tutulub, Rusiya Federasiyası daxili işlər orqanları tərəfindən axtarışa elan edilmiş 10 nəfər, şübhəli qismində 8 nəfər saxlanılıb. Qanunsuz saxlanılan 8 avtomat silah, 7 tapança, 45 ədəd yivli və ov tüfəngi, 25 qumbara, 32 adda hərbi ləvazimat, 4000-dən çox müxtəlif çaplı patron götürülüb. Tədbirlər zamanı 293 inzibati hüquqpozma üzrə qanunla müəyyən olunmuş tənbeh cəzalarının tətbiqi təmin edilib. Cinayətlərin qarşısının alınması və açılmasında böyük əhəmiyyət kəsb etməsi baxımından analoji əməliyyatların gələcəkdə də keçirilməsi planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA