Şəhid əsgərimiz dəfn olundu - FOTO

img

06-07-2016 [13:55]


Düşmənin snayper atəşi nəticəsində şəhid olmuş Azərbaycan ordusunun əsgəri, 1996-cı il təvəllüdlü Vüsal Əmir oğlu Əliyev bu gün dəfn olunub.

Bu ilin yanvarında hərbi xidmətə çağırılmış şəhid əsgər doğulduğu Lerik rayonun Noda kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon rəsmiləri, hərbçilər, kənd sakinləri, şəhidin yaxınları iştirak ediblər.

Mərasimdə səslənən çıxışlarda şəhidin cəsurluğundan danışılıb, onun timsalında bütün şəhidlərin qəlblərdə, xalqın yaddaşında əbədi olaraq yaşayacağı bildirilib.

Şəhid Vüsal Əliyev yaylım atəşi altında torpağa tapşırılıb. Onun tabutunun büküldüyü Azərbaycan bayrağı yaxınlarına verilib. 

Qeyd edək ki, son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq, düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib. İyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA