Netanyahu Azərbaycana səfər edəcək - SƏBƏB

img

06-07-2016 [12:47]


İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana qış aylarında səfər edəcək.

"The Times of İsrael” qəzetinin məlumatına görə, bu barədə baş naziri özü Keniyada səfəri zamanı bildirib.

Netanyahu deyib ki, İsrail Fələstin mövzusunda və diplomatik münasibətlərdə mövqeyini möhkəmləndirmək üçün yeni alyanslar qurur. 

Baş nazir bu siyasət çərçivəsində qış aylarında Qazaxıstan və Azərbaycana səfər edəcəyini açıqlayıb. O səfərin dəqiq tarixini deməyib.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA