06-07-2016 [11:27]
Mart ayında istirahət üçün getdiyi ABŞ-da həbs edilən Cənubi Azərbaycandan olan iş adamı Rza Zərrabı dünyanın ən güclü hüquq şirkəti müdafiə edəcək.
Mia.az ANS-ə istinadən xəbər verir ki, iş adamı "Clifford Chance" ilə razılaşıb. Məşhur ingilis hüquq şirkətinin 3 vəkili onun işinə baxacaq. Nyu Yorkda keçiriləcək məhkəmə proseslərində Zərrab çirkli pulları yuma, bank əməliyyatlarında saxtakarlıq, İrana qaraşı olan ABŞ sanksiyalarını pozma kimi faktlarda ittiham edilir.
Girov müqabilində azad edilmək haqqında vəsatəti hakim Riçard Berman tərəfindən rədd edilən Zərrab hərəkətə keçib. Onun hüquqlarını müdafiə edən qrupun tərkibinə ABŞ-ın keçmiş ədliyyə nazirinin köməkçisi, Zərrab haqqında ittiham aktını hazırlayan baş prokuror Pret Bhararanın universitet yoldaşı vəkil Viet D.Dinh qatılıb.
Zarrabın ikinci yeni vəkili isə Edvard Kasey O’Kallagandır. O, çirkli pulların yuyulması, bank əməliyyatlarının saxtalaşdırılması kimi məhkəmə proseslərində əsl mütəxəssis hesab edilir.
Şirkətin Vaşinqton bürosunda çalışan Corc D.Klayfeld da əcnəbilərlə işdə ad çıxarıb.
Vəkillərə bunun müqabilində nə qədər ödəniləcəyi açıqlanmayıb.
Xatırladaq ki, bank və maliyyə sektorundakı mütəxəssisliyi ilə seçilən "Clifford Chance" ildə 2 milyard dollar qazancı ilə dünyanın ən böyük 10 hüquq şirkətindən biridir. 1987-ci ildə Londonda qurulub. Bu gün bu şirkətdə 3300 yaxın vəkil çalışır. Şirkət 26 ölkədə fəaliyyət göstərir.
Adıçəkilən hüquq şirkətinin əsasında yaradıldığı "Coward Chance" və "Clifford Turner" bürolarının tarixi isə 1800-cü illərdən başlayır.
Bundan öncə Rza Zərrabın müdafiəsinə mafiya vəkili də qoşulmuşdu. Zərrabın hüquqlarını bu məhkəmədə həm də "ulduzların vəkili" adı ilə tanınan Benjamin Brafman müdafiə edəcək.
33 yaşlı Zərrab iki İran vətəndaşı-Kamelia Cemşidi və Hüseyn Nəcəfzadə ilə birlikdə İran hökumətinin xeyrinə saxtakarlıq həyata keçirməkdə, yüz milyonlarla dolları saxta sənədlərlə banklar üzərindən transfer etməkdə şübhəli bilinir. Hakim Riçard Berman hər üç şübhəli üçün üst-üstə 75 il həbs cəzası tələb edib.
Rza Zərrabın martın 19-da yaxalanaraq, ertəsi gün məhkəmə qarşısına çıxarılıb. Onun barəsində irəli sürülmüş 21 səhifəlik rəsmi ittiham aktında deyilir ki, Rza Zərrab və digər iki İran vətəndaşı illər boyu İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaları pozublar. Dünya miqyasında çirkli pulların leqallaşdırılması əməliyyatlarını həyata keçiriblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi