Daha bir icra başçısının oğlunun vəzifəsi dəyişdi - Ramil Usubovdan yeni əmr

img

05-07-2016 [19:34]


Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsinə yeni rəis təyin edilib. 

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə 6-cı Polis Bölməsinin rəisi Rəşad Əhmədzadə tutduğu vəzifədən azad edilərək 8-ci Polis Bölməsinə rəis təyin edilib. 

R.Əhmədzadənin yerinə hələlik təyinat yoxdur. 6-cı Polis Bölməsi rəisinin vəzifəsini hələlik, müavin Ramin Cəbrayılov icra edir.

Onu da qeyd edək ki, Rəşad Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğlu və Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşı oğludur(lent.az).

Onu da xatırladaq ki, az əvvəl 8-ci Polis Bölməsinin rəisi Vüsal Qaraşov Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin rəisi təyin edilib. O, həmin bölmədə rəis olan Faiq Hüseynovu əvəz edib.

Bu təyinala bağlı ilk xəbəri o zaman Mia.az yayaraq bildirmişdi ki, işdə yol verdiyi nöqsana görə Faiq Hüseynov vəzifədən alınıb. F.Həsənov Binəqədi rayonunun sabiq icra başçısı Hüseyn Hüseynovun oğludur.

Onun yerinə təyinat alan Vüsal .Qaraşov Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur...

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA