Lənkəran xəstəxanasında daha bir uşaq ölümü - Valideynləri şikayət etdi

img

05-07-2016 [14:12]


Lənkəran Rayon Mərkəzi Xəstəxanasında (RMX) uşaq ölümü baş verib.

Rayonun Ləj kənd sakini, 1 yaş 4 aylıq Əli Aqil oğlu Rəhimov səhər saat 5 radələrində ağır vəziyyətdə xəstəxananın Uşaq xəstəlikləri şöbəsinə gətirilib. Ancaq körpə xəstəxanada dünyasını dəyişib.

Məsələ ilə bağlı körpənin valideynləri Daxili İşlər Nazirliyinin (DİN) "102 xidməti"nə şikayət ediblər.

Lənkəran RMX-nin Uşaq xəstəlikləri şöbəsinin həkimi Südabə Əliyeva bildirib ki, xəstəyə bütün yardımlar göstərilib və görülən tədbirlər xəstəlik tarixçəsində öz əksini tapıb: "Xəstə kəskin respirator viruslu infeksiya, iki tərəfli bronxopnevmaniya, kəskin ağ ciyər ödəmi, kəskin ürək-damar, eləcə də 3-cü dərəcəli tənəffüs çatışmazlığı vəziyyətində olub. Bütün səylərə baxmayaraq, xəstə səhər saat 8-də dünyasını dəyişib. Süni nəfəs aparatından ayrılıb. Bir sözlə, körpə ağır vəziyyətdə olmasına baxmayaraq, valideynləri onu həkimə çox gec gətiriblər".

Körpənin meyiti Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Lənkəran şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Report.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA