15-04-2010 [01:56]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin 2010-cu il aprel ayının əvvəlində ölkənin əsas çaylarında, iri su anbarlarında mövcud vəziyyət və yaz-yay (aprel-iyun) gursululuq dövrünə dair proqnoz hazırlayıb. Müstəqil İnformasiya Agentliyinə daxil ilna proqnoz aşağıdakı kimidir.
1. Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qar haqqında
Bu ilin mart ayında Böyük və Kiçik Qafqazın Azərbayjan hissəsinin dağ və dağətəyi zonalarında qar örtüyündə su ehtiyatlarının müəyyən edilməsi məqsədilə qarölçmə işlərini aparan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin ekspedisiya dəstələri işini başa çatdırmışdır.
Respublika çaylarının gursululuq axımı əsasən çay hövzələrində qış dövrü ərzində 1000-3500 m yüksəklik zonasında toplanan qar ehtiyatları və yaz dövründə düşən yağıntılar hesabına formalaşacaqdır.
Yaz-yay gursululuq dövründə çayların sululuğu mühüm dərəcədə dağlarda toplanmış qar ehtiyatları ilə bağlıdır.
2009-2010-ju illərin qış dövründə Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin dağ və dağətəyi zonalarında qar örtüyünün əmələ gəlməsi yanvar ayının axırı və fevral ayının birinci yarısında başlamış, qış dövründə dağlıq ərazilərdə havaların şaxtalı keçməsi yanvar-fevral aylarının ayrı-ayrı günlərində qar örtüyünün qalmasına səbəb olmuşdur. Lakin fevral və mart aylarında hava şəraitinin anomal isti keçməsi və temperaturların ayrı-ayrı günlərdə yüksəlməsi orta dağlıq ərazilərdə qarın əriməsilə nəticələnmişdir:
Qanıx çayının hövzəsində qar örtüyündə sululuq 35,6 mm və ya normanın (norma 77,9 mm) 46%-ni, Əyriçay hövzəsində 28,1 mm və ya normanın (norma 72,8 mm) 39%-ni, Şirvan çaylarının hövzələrində 37,1 mm və ya normanın (norma 53,6 mm) 69%-ni, Böyük Qafqazın şimal-şərq yamajında 44,7 mm və ya normanın (norma 59,7 mm) 75%-ni, Kiçik Qafqazın şimal-şərq yamajında 37,1 mm və ya normanın (norma 57,3 mm) 65%-ni, Naxçıvan MR çaylarının hövzələrində 65,1 mm və ya normanın (norma 67,1 mm) 97%-ni təşkil edir.
2. Gürjüstan ərazisində Kür və Qanıx çaylarının hövzələrində qar haqqında
Gürcüstan Hidrometeorologiya Departamentindən alınan məlumata görə bu il Gürcüstan ərazisində Kür və Qanıx çaylarının hövzələrində aparılan qarölçmə işlərinin nəticələrinə əsasən Kür çayının hövzəsində qar örtüyündə sululuq normanın 105%-ni, Qanıx çayının hövzəsində isə 40 %-ni təşkil etmişdir.
3. Respublikanın böyük su anbarlarında və çaylarında faktiki sululuq
Fevral ayının 2-ci ongünlüyündən və mart ayından başlayaraq temperaturların yüksəlməsi və ayrı-ayrı günlərdə yağan yağışlar orta dağlıq ərazilərdə qar örtüyünün tədricən əriməsinə şərait yaratmışdır ki, nəticədə çaylarda sululuğun artımı müşahidə olunmuşdur.
Hal-hazırda Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 195-230%-ni, Quba-Xaçmaz bölgəsi çaylarında normanın 250-350%-ni, Qudiyalçay-Küpçalda normanın 200%-ni, Kiçik Qafqaz çaylarında 160-190%-ni, Naxçıvan MR çaylarında 55-85 %-ni, Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 25-60 %-ni təşkil edir.
Kür çayının Qıraq Kəsəmən məntəqəsində su sərfi 530 m3/s, normanın 113 %-i, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 127 m3/s-dir ki, bu da normanın 92 %-ni təşkil edir.
Kür çayının Gürcüstan ərazisindəki Tiflis məntəqəsində su sərfi 542 m3/san normanın 152 %-ni təşkil edir.
2009-cu ilin müvafiq dövrü ilə müqayisədə Mingəçevir su anbarının səviyyəsi 1,64 metr, Araz su anbarının səviyyəsi 2,46 metr, Ceyranbatan su anbarının səviyyəsi 1,13 metr, Şəmkir su anbarının səviyyəsi isə 3,31 metr çoxdur.
Kür çayının aşağı axınında hazırki səviyyələri 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 23-182 sm, keçən il ilə müqayisədə isə 364 sm yuxarıdır.
4. Gözlənilən meteoroloci şərait
Avropa Ortamüddətli hava Proqnozlar Mərkəzinin fəsillik proqnozlarına görə bu ilin yaz-yay aylarında (aprel-may-iyun) Qafqazın mərkəzi ərazilərində yağıntıların normaya yaxın dağlıq ərazilərdə normadan çox, temperaturların isə normadan 0,5-1,00-dək yuxarı olacağı gözlənilir.
Gürcüstan Hidrometeorologiya Departamentindən alınan məlumata görə aprel ayında Gürcüstanın şərq rayonlarında yağıntıların normadan aşağı, temperaturların isə normadan 10 yuxarı olacağı gözlənilir.
Gursululuq dövründə Kür çayının Tiflis məntəqəsində gözlənilən axım 533 m3/s və ya normanın 116%-i (norma- 459 m3/s), Qanıx (Alazan) çayının Şakriani məntəqəsindən isə gözlənilən axım 83,3 m3/s və ya normanın 105%-i (norma-79,4 m3/s) olacağı gözlənilir.
Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun Respublika ərazisi üzrə hazırladığı aylıq hava proqnozuna əsasən aprel ayında Respublikanın ərazisində yağıntıların normaya yaxın, temperaturların isə normadan 2-30 yuxarı olacağı gözlənilir.
5. Respublikanın çaylarında gursululuq dövrü gözlənilən proqnoz
Tranzit çayları üzrə
Çay hövzələrindəki faktiki vəziyyət və meteoroloji proqnoza əsasən bu ilin yaz-yay (aprel-iyun) gursululuq dövründə Kür çayından Şəmkir su anbarına gözlənilən axım 550-650 m3/s və ya normanın 96 - 114%-i (norma-572 m3/s), Qanıx çayından Mingəçevir su anbarına axım 120-170 m3/s və ya normanın 68-96%-i (norma-177 m3/s), Araz çayından Araz su anbarına axım 220-280 m3/s normanın 74-94%-i (norma - 298 m3/s) olacağı gözlənilir.
Dağ çayları üzrə
Böyük Qafqazın şimal-şərq (Quba-Xaçmaz) yamacı çaylarında sululuq normanın 97-118%-i, cənub-qərb (Balakən-Şəki) yamacı çaylarında 103-122%-i, Kiçik Qafqaz (Daşkəsən-Gədəbəy) çaylarında 62-74%-i, Naxçıvan MR çaylarında 62-90%-i, Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 58-61%-i olacağı gözlənilir.
Gursululuq dövrünün ayrı-ayrı günlərində temperaturun yüksəlməsi və yüksək dağlarda qarın əriməsi, xüsusən də yağan leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın cənub-qərb yamacının (Kişçay, Şinçay, Talaçay, Kürmükçay, Göyçay, Girdimançay və sair), şimal-şərq yamacının (Qusarçay, Qudiyalçay, Vəlvələçay, Qaraçay və sair), Kiçik Qafqazın (Gəncəçay, Kürəkçay, Zəyəmçay, Şəmkirçay, Qoşqarçay və sair), Naxçıvan MR-nın (Naxçıvançay, Cəhriçay, Əlincəçay, Gilançay, və sair) və Lənkaran-Astara bölgəsinin (Lənkarançay, Viləşçay və s.) çaylarından qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur.
5. Kür çayının aşağı axınında gursululuq dövrü gözlənilən proqnoz
Aprel ayında temperaturların normadan yuxarı olacağını və bununla əlaqədar dağlıq ərazilərdə qarın intensiv əriyəcəyini, eyni zamanda yağıntıların normaya yaxın olacağını, həmçinin Mingəçevir və Araz su anbarlarında və Kür çayının aşağı axınında suyun hazırkı səviyyəsinin ötən illərdəkindən yuxarı olduğunu nəzərə alaraq, aparılan hesablamalara əsasən qeyd edirik ki, aprel və may aylarında Kürün aşağı axınında su basma hallarının baş verəcəyi gözlənilir.