04-07-2016 [21:02]
AMEA Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva və AMEA-nın bir qrup əməkdaşı Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin xətti ilə ABŞ-a səfər edib.
Mia.az-a verilən məlumata görə, səfərin məqsədi ABŞ-da elmin təbliği istiqamətində görülən işlərlə tanış olmaq, qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi yollarını müzakirə etmək olub.
AMEA-nın əməkdaşları səfər çərçivəsində ABŞ Dövlət Departamentinin rəsmisi, proqram rəhbəri Tatyana Rodzianko, Nyu-York Alimlər Evinin nümayəndəsi Stefen Uzzo, Amerika Milli Təbiət Tarixi Muzeyinin direktoru Anna Devin, Ümumdünya Elm Festivalının prezidenti Cudit Coks, Nyu-York Dövlət Elm və Mühəndislik Mərkəzinin prezidenti Sereme Makkal ilə görüşlər keçirib. Görüşlər zamanı elmin təbliği, gənclərin elmə marağının artırılması istiqamətində görülən işlər barədə təcrübə mübadiləsi aparılıb və gələcəkdə əməkdaşlığın inkişafına dair razılıq əldə olunub.
AMEA Alimlər Evinin direktoru Klivlend şəhərində də səfərdə olub. Səfər çərçivəsində Klivlend Dövlət Universitetinin rektoru, professor Debbi Cekson, Klivlend Təbiət Tarixi Muzeyi sərgilərinin müdiri Co Alpern, Böyük Göllər Elmlər Mərkəzinin vitse-prezidenti Valensiya Davillier, Botanika Bağının professoru Sandra Albro və Qərb Ehtiyatlar Universitinin nümayəndəsi Cim Baderlə görüşlər keçirilib. AMEA nümayəndələri Klivlend İncəsənət Muzeyinə baş çəkib, Pat və Con Şids ailəsinin qonağı olublar.
Bundan başqa, AMEA əməkdaşları Florida ştatına səfər edərək Florida Dövlət Universiteti, Mayami Universiteti, Koral-Geybls Muzeyi, eləcə də Kəşflər və Elm Muzeyinə baş çəkiblər.
Nuridə Quliyeva keçirilən görüşlər zamanı AMEA Alimlər Evinin fəaliyyət istiqamətinə uyğun reallaşdırdığı layihələr, təşkil etdiyi sərgilər haqqında ətraflı məlumat verib. Alim bildirib ki, rəhbərlik etdiyi qurum mütamadi olaraq tanınmış ictimai və dövlət xadimləri ilə görüşlər keçirir, alimlərin elmi, ictimai, ölkədaxili və beynəlxalq həyatda baş verən hadisələrin müzakirəsi və informasiya mübailəsi aparmaları üçün şərait yaradır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi