04-07-2016 [15:32]
Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus «AB Standard» şirkətlər qrupu ötən ilin maliyyə hesabatını ictimaiyyətə açıqlayıb. Bank və sığorta göstəriciləri xeyli pisləşən holdinqin təkcə manatın iki devalvasiyasından zərəri 69 milyon manatı aşıb.
Mia.az Azadliq.org-a istinadən xəbər verir ki, hesabata görə, holdinq 2015-ci ildə 140 milyon manat gəlir götürüb. Buna baxmayaraq, şirkətlər qrupu istehsal, sığorta və bank sektorlarında toplam 121.5 milyon manat zərərə uğrayıb.
İyunun 25-də «Kaspian Konsaltinq» şirkəti sözügedən maliyyə hesabatına müsbət audit rəyi verib. Sənəddə göstərilir ki, bu ilin əvvəlinə holdinqin zərərləri 158 milyon manata yaxınlaşıb. Ötən il «AB Standard» QSC-də 97 milyon manat kapitala sahib H.Babayev bu ilin yanvarına mənfi saldo ilə 10 milyon 613 min manata gəlib çıxıb. Bir çox işadamının qibtə edə biləcəyi həcmdə (1.4 milyard manat) aktivləri yönəldən H.Babayev, faktik olaraq, müflisləşib.
Ötən il qrupa daxil «Bank Standard» QSC-nin qəbul etdiyi depozit və bank hesablarının toplam məbləği 33.6 faiz artaraq, 991.7 milyon manata çatıb. Hesabatda bundan söz açılmasa da, güman etmək olar ki, artım xarici valyutada yerləşdirilmiş əmanətlər hesabına baş verib.
Holdinq 2015-ci ildə götürdüyü borclara görə əvvəlki ildəkindən 2 dəfə çox – 158.4 milyon manat faiz ödəyib. Bu, onun faiz gəlirlərindən təqribən 2 dəfə azdır. Bankın müştərilərdəki kreditləri isə 935.4 milyon manat məbləğindədir və ilboyu 16 faiz artıb.
Holdinq 2015-ci ildə gəlirlərinin 2.1 faiz, xərclərininsə 32.2 faiz artdığını açıqlayıb. Təkcə inzibati və ümumi xərclər 7 dəfə çoxalaraq, 40 milyon manata yaxınlaşıb. Xatırlatmağa dəyər ki, bu gün – iyulun 4-də Maliyyə Bazarlarına Nəzarət Palatası «Bank Standard» QSC-nin sağlamlaşdırılmasını «Azər-Türk Bank» ASC-yə həvalə edib.
Bir qədər əvvəlsə holdinqin bir başqa üzvü - «Dərnəgül Boru Zavodu» QSC də maliyyə hesabatını dərc etmişdi. Zavod 2.2 milyon manat gəlir əldə etsə də, bütövlükdə 8 milyon manat zərərə düşdüyünü açıqlamışdı.
«AB Standard» QSC lizinq, sığorta, bank, hüquq, istehsal, otelçilik və digər sahələrdəki bir neçə şirkəti idarə edir. Ötən il Heydər Babayev holdinqin 100 faiz özünün mülkiyyətində olduğunu rəsmən bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi