04-07-2016 [12:38]
Aprel döyüşlərinin üstündən 3 ay keçdi.
Bu müddət ərzində Azərbaycan və Ermənistan prezidentləri iki dəfə görüşsə də, ortaq məxrəcə gələ bilmədilər. Avqust ayında Azərbaycan və Ermənistan prezidentlərin Fransada növbəti görüşünün keçirilməsi gözlənilir.
Bu arada Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bildirib ki, çoxları Dağlıq Qarabağın dondurulmuş münaqişə olduğunu düşünür. Aprel ayının əvvəlində baş verən hadisələr göstərdi ki, bu münaqişə heç də dondurulmuş deyil və hər an alışıb-yana bilər.
Hərbi ekspert Üzeyir Cəfərov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gedən proseslərə Ölkə.Az-a münasibət bildirib:
"Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayıb, döyüş əməliyyatları istənilən an başlaya bilər. Bəziləri belə bir fikir səsləndirir ki, Azərbaycan üzərinə hansısa öhdəlik götürüb. Azərbaycanın üzərinə götürdüyü öhdəlik BMT qətnamələrindən üstün öhdəlik deyil. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi bu gün Azərbaycana tam mənada icazə verir ki, Azərbaycan istənilən an öz ərazi bütövlüyünü təmin olunması üçün hərəkətə keçsin.
Aprel hadisələrindən artıq 3 ay keçdi. 3 ay ərzində biz heç bir əməli addımın şahidi olmadıq. Sanki ATƏT-in Minsk qrupunun həmsədrləri məqam gözləyirdilər. Anji Kasperşik sevinə-sevinə ştatının artırılması haqqında bəyanat verir. Müşahidəçilərin sayı artırılacaq. Əgər bunlar 20 il ərzində heç nə etməyiblərsə, biz niyə onlara ümid olmalıyıq?
Avqust ayında prezidentlərin Fransada keçiriləcək görüşündə yenə də Ermənistan tərəfi məqsədi, məramı bilinməyən fikirlər səsləndirəcək. Onlar təklif edir ki, ATƏT pilotsuz uçan aparatlarla müşahidələr həyata keçirsin. Hansı özünə hörmət edən komandir icazə verər ki, başının üzərində hansısa aparat gəzsin, onun nə işlə məşğul olduğunu çəksin. Bunun nəyi hərbi oldu? Kalxoz bazarı deyil ki, kim nə istəyir, onu da etsin. Hətta kalxoz bazarının da qaydası, qanunu var idi.
Nə qədər ki, beynəlxalq qurumlar bu problemin həlli ilə bağlı addımlar atmayacaq, istənilən an vəziyyət aprel ayının əvvəlindəki kimi dəyişə bilər. Bunu heç kim Azərbaycana qadağan edə bilməz. Aprel hadisələri bir daha sübut etdi ki, bu dondurulmuş münaqişə deyil və hər an döyüş əməliyyatları aktiv şəkildə başlaya bilər".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi