04-07-2016 [09:26]
Hər birimiz müxtəlif xarakterli olsaq da, hamı ilə dil tapmaq mümkündür. Bunun üçün hər bir Zodiak işarəsini qəzəbləndirən səbəbləri öyrənmək kifayətdir.
Mia.az publika.az-a istinadən bürclərin ən çox nələrə nifrət etdiyi məqamları təqdim edir:
Qoç
Qoçlardan hər hansı bir məsələ barədə xahiş etdikdə dərhal özündən çıxırlar. Bu, onları lap dəli eləyir, çünki Qoçlar hər dəqiqəni və maraqlarını qiymətləndirirlər. Bu bürcün nümayəndələri sırtıq insanlara qarşı dözümlü deyillər. Əgər siz Qoçlara israr etməkdə davam etsəniz, ən yaxşı halda söyüş qasırğasına hazırlıqlı olun.
Buğa
Əgər nə vaxtsa, haradasa "Bəsdir, ürəyimi üzdün" ifadəsini eşitsəniz, əmin olun ki, o sözlərin sahibi Buğalardır. Bu bürcün nümayəndələri ətrafında dayanmadan vurnuxan adam gördükdə, onları tələsdirdikdə, yaxud da yersiz göstəriş və məsləhətlərlə onları bezdirdikdə əsəbləşməyə başlayırlar. Buğanın xətrinə dəymək istəmirsinizsə, onda ona nəyi, necə etməli olduğunu göstərmək lazım deyil.
Əkizlər
Ah, bu Əkizlər... Bu bürcün nümayəndələri yaxşı aktyordur, onlar gecə-gündüz diqqət mərkəzində olmaqdan ötrü dəridən-qabqdan çıxırlar. Əkizlər onların yerini tutan istənilən adamı öldürməyə hazırdırlar. Bu bürcün nümayəndələri hər şeydən çox onların mimika, jest və digər davranışlarını yamsılayan insanlara nifrət edirlər.
Xərçəng
Xərçəng bürcləri səmimiliyi ilə başqalarından dərhal seçilir, münasibətlərdə isə dürüstlüyə böyük önəm verirlər. Əgər siz onunla bütün əlaqələri kəsmək və ya sizə nifrət etməsini istəyirsinizsə, onda verdiyiniz sözlərin heç birini yerinə yetirməyin. Məsələn, görüşə əgər saat 18:00-da gələcəyinizi söz vermisinizsə, gecikin.
Şir
Səbəbi bilinməsə də, əksər Şirlər öz qonşularına nifrət edirlər. Şir bürcündən olan qadınların küçədə yoldan keçənlərə söz atan kişilərdən zəhləsi gedir. Bu bürcün nümayəndələri sədaqətinə və səmimiyyətinə şübhə etdiyi istənilən adamı cəzalandıra bilər. Və onlara heç vaxt kobud cavab verməyin, yoxsa özünüz haqqında çox maraqlı xəbərlər öyrənə bilərsiniz...
Qız
Qızlar çirkli saçlara, çirkli ayaqqabıya, natəmiz mənzil və s. bu kimi hallara nifrət edirlər. Onlar da yalanı sevmir və qeyri-səmimiliyin hər hansı formasına dözə bilmirlər. Bu insanları axmaqlıq və eqoizm, eləcə də onların simbiozu (səhvləri ilə yaşamağa vərdiş etmək mənasını verir) cinləndirir.
Tərəzilər
Tərəzilər darıxmaq hissinə nifrət edirlər. Monoton həyat tərzi, ətalət Tərəzilərin ən qorxulu düşmənidir. Bir də Tərəzi bürcləri nəinki özləri ilə, həm də ümumiyyətlə, başqaları arasında gedən mübahisələrdə iştirak etməyi qətiyyən xoşlamır. Bu bürcün nümayəndələri xəsis adamlara qarşı da dözümlü deyil. Romantik Tərəzilər ucuz hədiyyələrdən də inciyirlər. Özü də məsələ pulda deyil, onlar üçün hədiyyənin orijinal olması çox mühümdir.
Əqrəb
Əqrəblərin işləri düz gətirməyibsə, onların qarşısına çıxan istənilən adam nifrət obyektinə çevrilir. Qəzəbli Əqrəblər bu halda özündən başqa hər kəsi günahkar çıxarda bilərlər. Ümumiyyətlə, intiqam məsələsində onların rəqibi yoxdur. Bir də Əqrəblər nədənsə həkimlərə dözə bilmir və bu sirri münəccimlər indiyədək aça bilməyiblər.
Oxatan
Oxatanlar hər hansı ciddi problemlərdən daha çox, mağazalarda növbədə dayanmaqdan nifrət edirlər. Məsələ ondadır ki, hədsiz dəqiqlik onların özündən çıxarır. Onu da qeyd etmək lazımdır ki, bu bürcün nümayəndələrini axmaq suallar və sünilik də tez əsəbləşdirir.
Oğlaq
Oğlaqlar şikayət edən insanları görəndə hirslənirlər, bir də ictimai yerlərdə öpüşən cütlükləri müşahidə etmək onlar cinləndirir. Onlar tənbəl insanları heç cür başa düşmürlər, buna görə də onlara heç vaxt hər hansı işi yerinə yetirmək istəmədyinizi deməyin. Əks halda, qəzəb alovunu üstünüzə püskürə bilərlər.
Dolça
Dolçalar "Axşamınız xeyir" üslubunda salamlaşmalara, melodram filmlərinə, ev heyvanlarına dözə bilmir və xəyanəti bağışlamırlar. Əgər həyatlarında monotonluq hökm sürürsə, onda Dolçalar onları bu cür yaşamağa vadar edən hər kəsə lənət oxuyucaq. Onlar həm də prinsipial olaraq borc verməyi xoşlamır.
Balıq
Balıq bürclərinin ən çox nifrət etdiyi məqam qarşılıqsız məhəbbətdir. Onlar riyaziyyatı, fizikanı və kimya fənnini xoşlamırlar.
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər