Azərbaycan elminə ağır itki - Tanınmış professor vəfat etdi

img

03-07-2016 [15:44]


Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq prorektoru, professor, İqtisad elmləri doktoru, Azərbaycanda iqtisadi kibernetika elmi istiqamətinin yaradılmasının banisi, Dövlət Mükafatı Laureatı Bədirxan Musayev ötən gecə vəfat edib.

Mia.az xəbər verir ki, professor bu gün Bakıdakı Keşlə qəbrstanlığında dəfn olunub.

Mərhumun 3 mərasimi iyulun 5-də Nəsimi bazarının yanında yerləşən xeyir-şər evində keçiriləcək.

Onu da qeyd edək ki, professor Bədirxan Musayev Türk Dünyası Beynəlxalq Araşdırmalar Akademiyasının akademiki, 8 güşəli Beynəlxalq qızıl ulduz medalının sahibi olmaqla yanaşı, həm də respublika və xarici dövlətlər üzrə 60-dan çox elmlər namizədi və doktoru yetişdirib. O, 20 il Təhsil Nazirliyində ictimai əsaslarla "iqtisad” bölməsinə rəhbərlik edib. Ömrünün 60 ilini sərf etdiyi İqtisad Universitetində 12 il rektorun müşaviri, 10 il dekan, 8 il prorektor, 40 il isə "İqtisadi Kibernetika" kafedrasının müdiri işləyib.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA