03-07-2016 [15:21]
Nazirlər Kabineti "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edib.
Dəyişikliyə əsasən bundan sonra kommersiya hüquqi şəxsi ilə bağlı notariat hərəkətləri aparılarkən, notarius kommersiya hüquqi şəxslərinin dövlət reyestrinə daxil olmuş, o cümlədən təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatları informasiya sistemi vasitəsilə elektron sorğu əsasında gün ərzində əldə edəcək və bu barədə çap edilmiş arayışı müvafiq notariat hərəkəti üzrə notariusda saxlanılan işin nüsxəsinə əlavə edəcək.
Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilənin (alqı-satqı, bağışlama, dəyişdirmə, renta və s.) notariat qaydasında təsdiqi zamanı notarius Vergi Məcəlləsinə uyğun olaraq, sadələşdirilmiş vergini hesablayaraq 1 bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına təqdim etməyə borcludur.
Fiziki şəxsin özgəninkiləşdirilən yaşayış yeri üzrə qeydiyyatda olması müddəti "Elektron notariat” və "Giriş-çıxış və qeydiyyat” avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə əldə edilmiş məlumat əsasında mülkiyyət hüququnun əldə edilməsi müddətindən asılı olmayaraq müəyyən ediləcək.
Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinə görə hesablanmış sadələşdirilmiş verginin depozit hesabından dövlət büdcəsinə mədaxil edilməsi üçün notarius təqdim edən şəxsə ödəniş tapşırığı verəcək. Satıcı həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi barədə bank qəbzini notariusa təqdim etdikdən sonra təsdiq olunmuş müqavilə tərəflərə veriləcək. Həmin qəbzin əsli notariat işində saxlanılacaq, surəti notarius tərəfindən satıcıya veriləcək.
Müqavilə üzrə pul məbləği Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş aşağı həddən az olduğu hallarda, habelə bağışlama, dəyişdirmə, renta (daşınmaz əmlak bağışlandıqda) müqavilələri üzrə yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı müqavilələrin rəsmiləşdirilməsi zamanı hesablanmış sadələşdirilmiş verginin depozit hesabına mədaxil edilməsi üçün notarius təqdim edən şəxsə banka ünvanlanmış məktub verəcək və hesablanmış sadələşdirilmiş vergi notariusun təqdim edən şəxsə verdiyi ödəniş tapşırığı əsasında depozit hesabı vasitəsilə dövlət büdcəsinə ödəniləcək. Müqavilənin rəsmiləşdirilməsi vaxtı bankın qeyri-iş gününə təsadüf etdikdə, notarius hesablanmış sadələşdirilmiş vergini növbəti bank günündən gec olmayaraq dövlət büdcəsinə ödənilməsi üçün nağd şəkildə tutmaqla, sadələşdirilmiş verginin tutulmasını təsdiq edən sənədi (qəbzi) təqdim edən şəxsə, müqaviləni isə hər iki tərəfə verəcək.
Hər ay başa çatdıqda, növbəti ayın birinci iş günü təsdiq edilmiş müqavilələr üzrə dövlət büdcəsinə ödənilmiş vergi barədə bank hesabından çıxarışla üzləşmə aparılacaq və rübdən sonra ayın 5-dək Ədliyyə Nazirliyinə məlumat veriləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi