İcra məmurlarının səlahiyyətləri artırıldı - Prezident təsdiqlədi

img

03-07-2016 [15:18]


Prezident İlham Əliyev "İcra məmurları haqqında” Qanununda edilmiş dəyişikliyi təsdiq edib.

Mia.az lent.az-a istinadən xəbər verir ki, dəyişiklik artıq qüvvəyə minib. "İcra məmurları haqqında” Qanununun İnzibati Xətalar və Cəzaların İcrası Məcəlləsinə uyğunlaşdırılması məqsədi ilə edilmiş dəyişiklik şağıdakı formadadır.

"İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin beşinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA