Kerri ilə Lavrov Qarabağı müzakirə etdi - Rəsmi Moskvadan açıqlama

img

03-07-2016 [01:29]


ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziriSergey Lavrov Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə aparıb.

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə. C. Kerrinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşünə də toxunulub.

C. Kerri və S. Lavrov prezidentlərin görüşünün nəticələrinə uyğun olaraq  Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrlərinin atacağı növbəti addımları müzakirə ediblər.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA