Bu dövlət qurumunun səlahiyyətləri ləğv edildi - Hökumət dəyişiklik etdi

img

02-07-2016 [18:01]


Nazirlər Kabineti "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsində dəyişikliklər edib.

Dəyişikliyə əsasən "Azəristiliktəchizat” ASC İdarə Heyətinin Cəmiyyətin strukturunda dəyişikliklər etmək sahəsində səlahiyyəti ləğv edilib.

Bu səlahiyyət artıq Nazirlər Kabinetinə məxsus olacaq. Eyni zamanda İdarə Heyəti artıq Nazirlər Kabinetinin razılığı ilə Cəmiyyətin törəmə müəssisələrinin (cəmiyyətlərinin), habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edə biləcək.

İndiyə qədər İdarə Heyəti "Azəristiliktəchizat” ASC-nin perspektiv inkişaf planlarının hazırlanması, bu Nizamnaməyə əlavə və dəyişikliklər edilməsi, Cəmiyyətin illik maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları, mənfəət və zərərin bölüşdürülməsi barədə Müşahidə Şurasına təkliflər verib. Dəyişikliyə əsasən bundan sonra İdarə Heyəti Cəmiyyətin Nizamnaməsində, strukturunda, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi, illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi, inkişafı strategiyasının müəyyən edilməsi üçün Nazirlər Kabinetinə müvafiq təkliflər verəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA