02-07-2016 [12:10]
Bu gün Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayında Azərbaycan polisinin yaranmasının 98-ci ildönümü ilə bağlı təntənəli mərasim keçirilib.
Tədbirdən öncə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə nazirliyin kollegiya üzvləri, məsul əməkdaşları Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, eləcə də Şəhidlər Xiyabanını ziyarət edib.
Tədbir Azərbaycanın dövlət himninin oxunması, Heydər Əliyevin və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycan polisinin tarixindən danışan R.Usubov bildirib ki, Heydər Əliyevin 1998-ci il mayın 24-də imzaladığı fərmanla 2 iyun Azərbaycan Polisi Günü elan edilib: "Ölkəmizdə polisin tarixi dövlətçilik tarixi ilə sıx bağlı olub, bütün xalqımız kimi, polis də ilk demokratik cümhuriyyətimizin yaranması və tənəzzülünü, sovet dövrünü, İkinci Dünya Müharibəsinin fəlakətlərini öz taleyində yaşayıb”.
Nazir deyib ki, 2002-ci illə müqayisədə cinayətlər 28 faiz azalıb, cinayətlərin açılması 95 faiz yüksəlib, bağlı qalmış cinayətlər 13 dəfə azalıb. Hazırda Bakı Metropoliteni də daxil olmaqla, ölkə ərazisində 110 mindən çox videokamera ilə daimi müşahidə aparılır. 2015-ci ildə və cari ilin ötən dövründə 80 mindən çox ərizə və şikayət araşdırılıb, nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən paytaxtda və bölgələrdə 7 minə yaxın şəxs qəbul edilib.
R.Usubov qeyd edib ki, Azərbaycanın dünyada etiraf edilən sabit ölkə imici onu həm də yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevirib:"Təkcə 2015-ci ildə və cari ilin ötən dövründə respublikanın müxtəlif yerlərində keçirilmiş 800-ə yaxın kütləvi və beynəlxalq tədbirdə, o cümlədən Birinci Avropa Oyunlarında, "Formula-1” Avropa Qran-Piri yarışlarında asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunub”.
R.Usubov nəzərə çatdırıb ki, xüsusi xidmətlərinə görə müstəqillik illərində 1211 DİN əməkdaşı və hərbi qulluqçusu dövlət mükafatlarına layiq görülüb: "Bu peşə bayramı ərəfəsində də ölkə prezidentinin sərəncamı ilə 41 əməkdaş "Vətən uğrunda” və "İgidliyə görə” medalları ilə təltif edilib, 2 rəhbər vəzifəli şəxsə ali xüsusi rütbə verilib”.
Tədbirdə xüsusi tapşırıqların yerinə yetirilməsində fərqlənmiş bir qrup DİN əməkdaşının təltif edilməsi və mükafatlandırılması barədə dövlət başçısının sərəncamı və daxili işlər nazirinin müvafiq əmrləri oxunub. R.Usubov ali xüsusi və yeni rütbələrin poqonlarını, dövlət təltiflərini və digər mükafatları sahiblərinə təqdim edib.
Təntənəli mərasimin sonunda DİN mətbuat xidməti tərəfindən hazırlanmış "Asayişin və sabitliyin keşiyində” sənədli filmi nümayiş olunub(apa).





Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi