Hökumət qərar verdi: Gələn həftə 4 gün iş olmayacaq

img

02-07-2016 [11:35]


Bir neçə gündən sonra Ramazan ayı başa çatır və gələn həftə iki gün qeyri-iş günü olacaq.

İyulda Ramazan bayramı ilə əlaqədar 2 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin 24 dekabr 2015-ci il tarixli qərarında əsasən iyulun 6 və 7-si Ramazan bayramı qeyd ediləcək. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının fətvasına görə, bu il ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i ayın görünməsi ilə miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edib.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA