01-07-2016 [16:41]
Bakıda Vergilər Nazirliyi və "Caspian European Club”un (Caspian Business Club) təşkilatçılığı ilə baş tutan biznes-forumda Veysəloğlu Şirkətlər Qrupuna üzvlük sertifikatı təqdim olunub.
Vergilər Nazirliyinin rəsmilərinin iştirak etdiyi biznes-forumda Azərbaycanda vergi qanunvericiliyinin əsas aspektləri və bu sahədə gələcəkdə aparılması planlaşdırılan islahatlar müzakirə edilib.
Tədbirdə "Caspian European Club”la dövlət qrumları arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu, sahibkarlığın qarşısında duran problemlərin həlli istiqamətində bu dövlət qurumları arasında faydalı dialoqa əsaslanan tərəfdaşlıq münasibətlərinin qurulduğunu diqqətə çatdırılıb. Son vaxtlar vergi sistemində aparılan islahatlar, vergi qanunvericiliyində edilmiş dəyişikliklər barədə forum iştirakçılarına məlumatlar verilərək bildirilib ki, Vergilər Nazirliyi ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin olmasında maraqlıdır və vergi ödəyicilərinin vergi öhdəliklərinə əməl etməsi səviyyəsinin daha da yüksəldilməsi, vergi orqanı ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində yüzlərlə xarici və yerli şirkəti özündə birləşdirən "Caspian European Club”la sıx əməkdaşlığı bundan sonra da davam etdirməyə hazırdır.
Forumda iş adamlarının qarşılaşdıqları problemlər, onların həlli yolları, həmçinin "Caspian European Club”a daxil olan şirkətləri maraqlandıran məsələlər müzakirə edilib, forum iştirakçılarının təklifləri dinlənilib, Vergilər Nazirliyinin nümayəndələri forum iştirakçılarının suallarını cavablandırıblar.
Biznes-forumun sonunda "Caspian European Club”un Ekspert Şurası Vergilər Nazirliyi ilə birgə vergi qanunvericiliyində dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlayaraq, həmin təkliflər Azərbaycan Prezidenti Administrasiyası, Nazirlər Kabineti və Milli Məclisə təqdim ediləcək.
Xatırladaq ki, sədri Azərbaycan Respublikası Prezidenti İlham Əliyev olan "Caspian European Club” (Caspian Business Club) 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb.
Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Club” dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi