"Maşın bazarında mağazaları yanan sahibkarlara təzminat ödənilməyəcək" - Səbəb

img

01-07-2016 [15:23]


"Maşın bazarında mağazaları yanan sahibkarlara təzminat ödənilməyəcək".

Bazarda olan mağazalar sığortalanmayıb.

Burada mağazası olan Niyaməddin Hacıyev sayta açıqlamasında bildirib ki, ona yanğın zamanı 200 min manat ziyan dəyib.

Buradakı satıcılar hadisə ilə bağlı bazar əməkdaşlarından şikayətlənirlər: "Texniki təhlükəsizlik qaydaları pozulurdu. 45-50 mağaza yanıb. Texniki qaydalara riayət olunmadığına görə buranı heç sığortalamayıblar”.

Zərərçəkənlər onlara kompensasiya ödənilməsini tələb edirlər.

Ərazidə mağazalara dəyən ziyanın miqdarının dəqiqləşdirilməsi istiqamətində işlər aparılır.

Hazırda bazarın girişində Xətai Rayon Polis İdarəsinin əməkdaşları post qurublar, əraziyə heç kim buraxılmır. (anspress)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA