Lavrov Bakıya niyə gəlir? - Politoloqdan açıqlama

img

01-07-2016 [14:17]


"Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı 7 maddəlik təkliflər paketinə toxunmaması göstərir ki, Berlin münaqişənin həllindən çox atəşkəsin qorunmasına çalışır".

Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ydeyib.

Onun sözlərinə görə, Almaniya bölgədə növbəti savaşdan ehtiyatlanır. Buna rəğmən, rəsmi Berlinin Dağlıq Qarabağın azərbaycanlı icması ilə erməni icması arasında davamlı görüşlərin keçirilməsinə dair təşəbbüsü Bakının maraqlarına cavab verir:

"Ancaq Dağlıq Qarabağın erməni icması danışıqlara yalnız erməni qoşunları Azərbaycan ərazilərini tərk edikdən sonra qatıla bilər. İrəvan isə hazırda buna mane olur. Bundan başqa, prezidentlərin növbəti dəfə Parisdə görüşməsi ilə bağlı təklif də, Lavrovun iyulun 4-də İrəvana və Bakıya səfəri də daha çox atəşkəsin uzunmüddətli olmasına köklənib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA