Azərbaycan-Gürcüstan sərhədində əməliyyat, sərhəddi pozan zəxs güllələnib

img

14-04-2010 [05:22]


Balakən rayonu ərazisində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, aprelin 13-ü saat 19.00 radələrində dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadı tərəfindən dövlət sərhədini qanunsuz keçən 3 nəfərdən ibarət qrup aşkarlanıb. Sərhəd pozucuları sərhəd naryadının ?dayan? əmrinə və havaya açılan xəbərdarlıq atəşinə məhəl qoymayaraq sərhədçiləri soyuq silahla hədələyərək onların həyatları üçün real təhlükə yaradıblar. Sərhəd naryadı mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq silah tətbiq edib, nəticədə sərhəd pozucularından biri yaralanıb. Relyefin mürəkkəbliyindən istifadə edən hər 3 sərhəd pozucuları Gürcüstan ərazisinə qaçmağa nail olublar. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 318.2 maddəsinə əsasən cinayət işi başlanıb. Xatırladaq ki, Gürcüstanın "İmedi" telekanalının yaydığı məlumatda bildirilir ki, vurulan şəxs Əhməd Qaorqaşvili adlı şəxs Azərbaycan ərazisinə keçən inəyini qaytarmağa çalışırmış. ?Kavkaz-Press? agentliyinin məlumatına görə isə 16 yaşlı Gürcüstan vətəndaşı ölkənin Azərbaycanla sərhədində yerləşən Erisimedi kəndində güllələnib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA