Prezidentin general rütbəsi verdiyi polislər hansı vəzifələri tutur?

img

30-06-2016 [19:27]


Bu gün prezident İlham Əliyevin sərəncamı ilə general-mayor rütbəsi verilən polis polkovniklərinin hansı vəzifə tutduqları bəlli olub.

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, general-mayor rütbəsi alanlardan Zaur Abdullayev Çevik Polis Alayının, Elçin Həsənov isə nazirliyin Maddi-Təchizat İdarəsinin rəisidir.

Qeyd edək ki, 2011-ci ilin may ayında nazir Ramil Usubovun müvafiq əmri ilə Daxili Qoşunların Qubada yerləşən "N” saylı hərbi hissəsinin komandiri Zaur Abdullayev Çevik Polis Alayına komandir vəzifəsinə təyin edilib.

Daxili İşlər Nazirliyinin Mətbəə Xidmətinin rəisi sabiq rəisi Elçin Həsənov 2014-cü ilin fevral ayında Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin rəisi təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA