Azərbaycanda yeni islahat - Daha bir dövlət qurumu yaradılır

img

30-06-2016 [12:14]


Yaxın vaxtlarda Azərbaycanda yeni dövlət qurumunun - Qida Təhlükəsizliyi Agentliyinin yaradılması gözlənilir.

Bu barədə fins.az-a hökumətdən bildirilib.

Məlumatda qeyd edilir ki, hazırda yeni qurumun yaradılmasının detalları – onun hansı qurumların bazasında yaradılacağı və əhatə edəcəyi funksiyalar müzakirə edilir.

İlkin məlumatlara görə, Qida Təhlükəsizliyi Agentliyi Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji xidmətinin, Standartlaşdırma Komitəsinin müvafiq strutkurlarının və Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq və fitosanitar nəzarəti xidmətlərinin bazasında yaradılacaq.

Bu dəyişikliyin son vaxtlar Azərbaycanda dövlət qurumlarında islahatların aparılması və idarəetmənin təkmilləşdirilməsi tədbirləri çərçivəsində aparıldığı bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA