"Atatürk"ü qana boyayan "canlı bomba"lardan biri rus qarışığı olan çeçen çıxdı - Şok faktlar

img

30-06-2016 [11:50]


Türkiyədə Atatürk hava limanındakı terroru törədənlərdən birinin şəxsiyyəti müəyyən olunub. Bu, rus qarışığı olan çeçendir. 

Mia.az "Haberturk"ə istinadən xəbər verir ki, İŞİD terrorçusu olan rus qarışıqlı Çeçenistan vətəndaşı Osman Vadinov Rakka şəhərindən Türkiyətə gəlib. Türkiyədə isə bir ev kirayələyib, əməliyyat planı qiurublar. Hətta onun mindiyi taksi sürücünün də ifadəsi alınıb.

O bildirib ki, terrorçunun isti havada gödəkçə geyinməsindən şübhələnib və buna görə onu hava limanında taksidən düşürəndən sonra təqib də edib. Lakin taksidən düşüb hava limanının girişinə çatan kimi, terrorist gödəkçənin altından qundağı kəsilmiş "kalaşnikov”la atəş açıb, sonra da bombanı partladıb....

Onu da qeyd edək ki, terror nəticəində 41 nəfər həlak olub, 239 nəfər yaralanıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA