30-06-2016 [11:27]
Azərbaycan Komminist Partiyası bəyanat yayıb.
Bəyanatı Azərbaycan KP MK bürosu adından Mia.az-a təqdim edən Telman Nurullayev bildirir ki, son günlər mətbuatda kedən xəbərə görə, ölkədə olan istehlakcı hüquqları və valideynlərlə baglı olan təşkilatlar, dövlət təminatında olan məktəbəqədər təhsil müəssisələri (uşaq baxçaları) ilə bağlı dövlət başçısına müraciət hazırlayıblar.
Elə bunu da nəzərə alan Azərbaycan kommunistləri bəyanat yayıblar.
Bəyanatda deyilir:
"Son vaxtlar valideyinlərdən bizə çoxlu şikayətlər gəlməkdədir. Bu şikayətlər əsasən əhalinin aztəminatlı və işçi təbəqəsinin sıx yaşadığı yerlərdə dövlət himayəsində olan uşaq bağçalarının azlığındandır.
Bu fakt həqiqətən də belədir, belə ki, Azərbaycan, sosializm münasibətlərində olan zaman, uşaqların hərtərəfli, sağlam böyümələri istiqamətində çox böyük işlər həyata keçirirdi. O cümlədən məktəbəqədər uşaqların tərbiyəsi ilə və onların sağlam inkişafları üçün uşaq bağçaları və digər obyektlər inşa edlirdi. Və bu uşaq bağçaları dövlətin diqqət mərkəzində idi. Valideyinlər heç bir çətinlik çəkmədən övladlarını uşaq bağçalarında yerləşdirə bilirdilər. Uşaqların incəsənətlə, tariximizlə, görkəmli şair və yazıçılarımızla ilk tanışlığı məhz bu müəssisələrdən başlayırdı. Vətənə məhəbbət, dostluq münasibətləri, əməyə münasibət, ictimai fikrin formalaşması kimi dəyərləri uşaqlara aşılayan uşaq bağçalarının cəmiyyətimizin formalaşmasında xüsusi rolları olmuşdur. Lakin Sovetlər sistemi dağıdıldıqdan sonra bu cür müəssisələrə münasibət bir mənalı olmamışdır. 1980-cı illərin axırlarında Respublikamızda 2075 məktəbəqədər müəssisələrin yarıdan çoxu bu və ya digər səbəblərdən öz funksiyalarını yerinə yetirmək əvəzinə yerli məmurların biganəçlikləri üzündən onların fəaliyyətləri başqa istiqamətə yönəldilmişdir.
Bunlardan əlavə 1514 məkdəbdənkənar müəssisələrin ( pioner və məktəblilər sarayları, gənc texniklər, turistlər, təbiətçilər stansiyaları və s.) əksər hissəsi bərbad vəziyyətdədirlər. Bu səbəbdən də məktəbəqədər təhsil müəssisələrinin qıtlığından istifadə edən bəzi üzdən iraq "iş adamları” müəyyən yollarla öz maddi vəziyyətlərini yaxşılaşdırmaqda davam edirlər.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosu hesab edir ki, Valideyinlərin, gec də olsa, həyacan təbili çalmaları cəmiyyətimizin gələcəyinin təhlükəli inkişafından xəbərdarlıq edir. Bizdə valideynlərin bu aksiyasına dəstək oldugumuzu bildirərək , qətiyyətlə tələb edirik: bu cür xoşagəlməz hərəkətlərin qarşısı tezliklə alınmalı, o cümlədən yeni, müasir tələblərə cavab verən məktəbəqədər təhsil müəssisələrin inşasına başlanmalıdır. Bunun üçün respublikamızın bütün imkanları vardır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi