Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində daha bir qurum yaradılacaq - Akademikdən açıqlama

img

29-06-2016 [22:21]


Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Elm Tarixi Muzeyi yaradılacaq.

AMEA-dan Mia.az-a verilən məlumata görə, bu haqda qərar AMEA Rəyasət Heyətinin  bu gün Şamaxı şəhərində keçirilən növbəti iclasında qəbul edilib.

Məsələ ilə bağlı tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Azərbaycanda elmin populyarlaşdırılması, elmi nailiyyətlərin təbliği, gənc nəsildə elmə marağın artırılması, həmçinin Azərbaycan elminin keçdiyi tarixi yolu özündə əks etdirən eksponantların toplanılması və qorunub saxlanılması, ekspozisiya və sərgilərdə nümayişi məqsədilə AMEA-nın Elm Tarixi İnstitutunun nəzdində Elm Tarixi Muzeyinin yaradılmasına böyük ehtiyac olduğunu bildirib. Akademik muzeylərin Azərbaycan tarixi, ədəbiyyatı, mədəni irsinin qorunub saxlanılması və təbliği işində misilsiz rolundan bəhs edib. Bu qurumların  maddi və qeyri-maddi mirasın xəzinələri olduğunu söyləyərək zəngin muzey şəbəkəsinə malik olan respublikamızın bütün şəhər və rayonlarında müxtəlif profilli muzeylərin yaradıldığını qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA