29-06-2016 [19:27]
Suraxanı Rayon Məhkəməsində zərərçəkmiş Seymur Abıyevin oğurluqda ittiham etdiyi keçmiş qayınatası Elşad Əzizova qarşı şikayəti əsasında məhkəmə nəzarəti qaydasinda verdiyi ərizəyə baxılıb.
"Report"un məlumatına görə, məhkəmə şikayəti təmin edib.
Qərara əsasən, E.Əzizovun əməlində cinayət tərkibi olduğuna görə iş istintaqı araşdırılması üçün yenidən Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Belə ki, bundan əvvəl zərərçəkmiş S.Abıyev keçmiş qayınatası E.Əzizovun onun evindən oğurluq etməsi ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə müraciət edib. Lakin idarədə cinayət işi başlanmayıb. Sonra S.Abıyev və onun nümayəndəsi Bəxtiyar Hacıyev həm prokuror nəzarəti qaydasında, həm də məhkəmə nəzarəti qaydasinda məhkəməyə müraciət ediblər.
Zərərçəkmiş S.Abıyev "Report"a bildirib ki, 10 mart 2015-ci il tarixində vətəndaş Elşad Əzizov onun Suraxani rayonu Günəşli qəsəbəsində yerləşən mənzilinə daxil olub: "Həmin mənzildən bir neçə əşyamı oğurlayıb. Həmin şəxsin qanunsuz əməllərinə mövcud qanunvericilik həddində məsuliyyətə cəlb edilməsini tam mümkün hesab edirəm.
Elşad Əzizov haqqında zəruri ölçülərin götürülməsini vacibliyi onunla bağlıdır ki, həmin şəxs mənə məxsus 300 manat pulu talayıb. Bundan başqa o, mənim mənzilimə daxil olmaqla həmin ünvana aid evin çıxarışını, sığorta sənədini, texniki pasportunu, mənim hərbi biletimi, xarici pasportumu, doğum şəhadətnaməmi, diplomumu götürüb. Əlavə olaraq , həmin şəxs mənə aid 2 ədəd pencək, 3 ədəd gödəkçə, yun qış köynəyi, şalvar, kəmərlər, 7 cüt ayaqqabı, 1 cüt idman ayaqqabısı, 2 ədəd qızıl üzüyümü və alt paltarlarımı götürüb. Ümumilikdə, Elşad Əzizov 3000 manat dəyərində əmlakı götürərək mənə öz xeyli miqdarda zərər vurub. Həmin şəxs hazırda Cəlillabad rayon icra hakimiyyətində məsul vəzifə tutur".
Məsələ ilə bağlı Cəlilabad rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Elşad Əzizovdan münasibət öyrənmək mümkün olmayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi