Ekologiya Nazirliyi bir gündə 28 iz üzrə 71730 manat məbləğində cərimə tətbiq edib

img

14-04-2010 [03:15]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə mart ayının ikinci yarısında apardığı araşdırmanın nəticələrini açıqlayıb. Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aparılan yoxlamalar 15 gün davam edib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 101 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 19 göstəriş verilib. Ümumilikdə 28 iş üzrə 71730 manat məbləğində cərimə tətbiq edilib, ondan 8221,3 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 36 iş üzrə 7757,57 manat məbləğində iddia qaldırılıb. Bu vəsaitin 3907,5 manatının ödənilməsi təmin edilib. İdarə və müəssisələrə 124 iş üzrə 16769,33 manat məbləğində ödəmə tətbiq edilib və ondan 13388,42 manat ödənilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 8 işdən 3-ə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 9 işdən 4-ə baxılaraq müvafiq tədbir görülüb. Məhkəmələrə göndərilmiş 27 işə baxılmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA