29-06-2016 [12:17]
"Biz inzibati orqanda işləmirik. Xalqın təmsilçisi olmaq o deməkdir ki, parlament üzvləri cəmiyyət qarşısında hesabatlıdır, millət vəkilləri mükafatı da, cəzanı da xalqdan alır. Ən böyük hakim odur. Siyasi fəaliyyətimin ən böyük mükafatını almışam. Töhmət təkcə rəsmi direktivlə olmur. Onu dövlətlə on illərlə davam edən şərəfli xidmətimizin üstünə tikmək və siyasi tərcümeyi-halımızın bir səhifəsinə döndərmək mümkün deyil”.
Bu sözləri Milli Məclisin son iclasındakı insidentlə bağlı İntizam Komissiyasının şifahi töhmətini şərh edən deputat Zahid Oruc bildirib.
O, Heydər Əliyevi yalnız dövlətin ali icra hakimiyyəti orqanlarının deyil, parlamentinin də qurucusu olduğunu bildirib:
"Ulu öndər bütün zamanların spikeridir və onun cəmi 4 aylıq parlament rəhbərliyi əsil siyasi məktəbdir. 4 iyun hadisələrindən sonra ölkədə tüğyan edən xaosa, hərbi-silahlı qüvvələrin hakimiyyət uğrunda savaşına, daxili separatizmə və xarici təcavüzə, həmçinin vətəndaş qarşıdurmasının Milli Məclisin dəhlizlərinə keçməsinə baxmayaraq, Azərbaycanı normal relslər üzərinə daşımağa nail olan Heydər Əliyev parlamentdə bir-birinə zidd olan bütün qüvvələrə öz mövqelərini izhar etmək üçün geniş meydan verirdi və bütün idarəçilyi illəri ərzində dövlət başçısı siyasi kursunun bu təməl prinsipinə dönmədən sadiq qaldı. O, heç kəsə Məclisdəki ən kəskin və sərt çıxışlarına, yaxud sədarətlə toqquşmalarına görə daxili məhkəmə qurmadı. Deputatların danışmaq hüququnu müəllimin təhsil vermək, həkimin müalicə etmək haqqı kimi fundamental hesab edirəm”.
Son hadisələrlə bağlı ona ünvanlanan sualları cavablandırmayacağını deyən millət vəkili bunu əldə olunmuş razılığın şərtlərini pozmaq istəməməsi ilə əlaqələndirib və mövzunun siyasi gündəmdən düşməsində maraqlı olduğunu bildirib:
"Mənim adım keçən məsələdə hakimiyyətin mühüm qollarından birinin tənqid olunmasını istəmirəm, lakin bizlər danışmaq haqqımıza görə ölkəmizdə bərqərar olunan demokratik prinsipləri Məclisdə də hər zaman nümayiş etdirməliyik. Mən bütün siyasi fəaliyyətim illərində Ulu Öndərə, dövlətimə və təmsil etdiyim insanlara xidmət edərkən mükafatı parlamentdən gözləmədim. Bizim hər birimizə dəyər verən və qiymətləndirən birinci şəxsdir. Onun ədalət hissi isə hər kəsdən yuxarıdadır. Ona görə də şərəfli işimizi əzmlə davam etdirərkən birindən mükafat, başqasından cəza alacağımızı alnımızın yazısı kimi qəbul edirik”.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi