Azərbaycanda ?Vətənpərvər kimdir?? sorğusu bağladı

img

14-04-2010 [02:40]


Gənclər üçün Təhsil Mərkəzi bu gün ?Vətənpərvər kimdir?? sosioloji sorğusunun keçirilməsinə start verdi. Mərkəzdən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, sorğunun keçirilməsində əsas məqsəd gənclərin vətənpərlik haqqında təsəvvürlərini və bu sahədə mövcud olan problemləri öyrənmək, eləcə də bunun nəticəsi olaraq tədbirlər planı hazırlamaqdır. Mərkəzin direktor müavini Elnur Axundovun sözlərinə görə, sorğunun keçirilməsinin əsas səbəbi son zamanlarda gənclər arasında vətənpərliklə bağlı yalnış fikirlərin formalaşması, bunun geniş vüsət alması və vətənpərvərlik hisslərinin getdikcə süniləşməsidir. Onun fikirincə gənclər vətənpərvərlik haqqında danışmaqdansa, konkret işlər görməli, danışdıqlarını reallığa çevirməlidirlər. Mərkəz sorğu vasitəsi ilə gənclərin ?vətənpərvərlik? anlayışını necə qəbul etdiklərini, digər fikir və təkliflərini toplamaq, bunları analiz etmək və sonda ilk olaraq gənclərin vətənpərlik dərnəklərinin yaradılmasını planlaşdırır. Q eyd edək ki, sorğu əksər ali məktəblərdə, 20-yə yaxın orta məktəbdə və bir neçə gənclər mərkəzində həyata keçiriləcək, əsasən 14-25 yaş arasında olan gəncləri əhatə edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA