Prezident İlham Əliyevdən İcra Hakimiyyətiylə bağlı - Sərəncam

img

28-06-2016 [18:24]


Bu gün Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Şirvan şəhərinin mənzil fonduna daxil olan 21 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və 7 çoxmənzilli binanın lift təsərrüfatının yenidən qurulması məqsədi ilə aşağıdakı qərar verilib:

1. Şirvan şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin aparılması məqsədi ilə Şirvan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,2 milyon (bir milyon iki yüz min) manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 400,0 (dörd yüz) min manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 800,0 (səkkiz yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA