Nazir əmr verdi, universitetə rektor əvəzi təyin edildi

img

28-06-2016 [17:41]


Azərbaycan Turizm və Menecment Universitetinin rektor əvəzi təyin olunub.

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə universitetin rektor müavini Eldar Aslanov rektor əvəzi təyin edilib.

E. Aslanov xəbəri təsdiqləyərək qeyd edib ki, növbəti təyinata kimi rektorun səlahiyyətlərini icra edəcək(APA).

Qeyd edək ki, Cəfər Cəfərov bir neçə gün əvvəl prezidentin sərəncamı ilə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsindən azad edilərək, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA